İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti 7 faizdən çox artıb.
Türkiyə vaxtı ilə saat 04:10-a olan məlumata görə, Brent markalı neftin barel qiyməti 7,40 faiz artaraq 74,49 dollar olub.
İsrailin hücum təhdidlərindən sonra İranın paytaxtı Tehranda güclü partlayışlar barədə xəbərlərdən sonra neftin qiyməti qalxıb.
İsrailin müdafiə naziri Yisrael Katz İrana hücum etdiklərini açıqlayıb.
İsrail ordusu radiosu müdafiə naziri Katzın bütün İsraildə fövqəladə vəziyyət elan etdiyini bildirib.
İlk hücumda İranın müxtəlif bölgələrindəki bir çox hərbi obyektin vurulduğu bildirilib və hərbi hədəflərə, komandirlərə, qərargahlara və nüvə obyektlərinə hücum edildiyi qeyd edilib.
İsrail ordusu da İranın nüvə proqramına zərbə vurmaq üçün qabaqlayıcı, dəqiq və birləşmiş hücuma keçdiklərini açıqlayıb.
Haber Global
Əminə Əliyeva