İsrailli əsgərlər fələstinli əsirə təcavüzdə ittiham olunur
İsrailin Sde Teiman hərbi həbsxanasında saxlanılan fələstinli əsirə təcavüz etdikləri iddiası ilə bir qrup israilli əsgər məhkəməyə çıxarılıb. Onlar ittihamları inkar edərək, “özlərinə təşəkkür edilməli olduğunu” bildiriblər.
Məlumata görə, hadisənin görüntülərini mətbuata sızdıran keçmiş hərbi başprokuror Yifat Tomer-Yerușalmi ötən həftə həbs olunub. İsrail hökuməti təcavüzü törədən əsgərləri deyil, faktı üzə çıxaran prokuroru cəzalandırmaqda ittiham olunur.Hadisə İsraildə və beynəlxalq aləmdə geniş etirazlara səbəb olub.
CNN
Mələk Hüseynova