İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub
İstanbul Hava Limanı 26 avqust - 1 sentyabr tarixlərini əhatə edən dövrdə gündə orta hesabla 1494 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeydə alınıb.
26 avqust-1 sentyabr tarixləri ilə bağlı "Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı"nın (EUROCONTROL) "Aviasiya Hesabat” dərc olunub.
Məlumata görə, İstanbul hava limanı bu müddət ərzində orta hesabla 1494 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci yeri tutub.
Antalya Hava limanı səkkizinci yerdədir
İstanbul hava limanını gündə 1447 reyslə Paris Şarl de Qoll hava limanları, 1442 reyslə Amsterdam Schiphol hava limanları və 1359 reyslə London Hitrou hava limanları izləyib.
Antalya Hava Limanı gündə 1028 uçuşla siyahıda 8-ci yerdə qərarlaşıb.
Mənbə : TRT XƏBƏR (TRT HABER)
Lalə Qafarova
