00:00:00
Yazar
Admin User
04.11.2025 19:11 99 1 dəq oxuma
Dünya

İstanbulda yol təhlükəsizliyini pozan motosiklet sürücüsünə cəza verilib

İstanbulda yol təhlükəsizliyini pozan motosiklet sürücüsünə cəza verilib

İstanbulun Kağıthane rayonunda qırmızı işıqda keçərək akrobatik hərəkətlər edən motosiklet sürücüsü saxlanılıb və inzibati cərimə olunub. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial mediada “Gərəkli olan edilib” başlığı ilə paylaşım edib.

 

Nazir bildirib ki, sürücü 2918 saylı Karayolları Trafik Qanununa əsasən cərimə olunub. O, əlavə edib ki, yeni yol hərəkəti qanunu qüvvəyə mindikdən sonra bu cür qayda pozanlar 60 gün ərzində yola çıxmaq hüququndan məhrum ediləcək.

 

Yeni qanun layihəsinə görə, akrobatik hərəkətlər edən hər bir sürücüyə 46 min lirə cərimə tətbiq ediləcək, onların sürücülük vəsiqəsi 60 gün müddətinə ləğv ediləcək. Beş il ərzində eyni qaydanı ikinci dəfə pozanların isə vəsiqəsi tamamilə ləğv ediləcək.

 

Ali Yerlikaya həmçinin bildirib ki, qırmızı işıqda keçən sürücülər üçün də sərt tədbirlər görüləcək: üçüncü qayda pozuntusunda 30 gün, dördüncü dəfə 60 gün, beşinci dəfə isə 90 gün müddətinə vəsiqə dayandırılacaq, altıncı pozuntuda isə sürücülük hüququ tam ləğv ediləcək.

 

Nazir vətəndaşlara çağırış edərək, belə hallarla qarşılaşdıqları halda 112 Təcili Zəng Mərkəzinə məlumat vermələrini xahiş edib.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər