00:00:00
Yazar
Elmira Ağayeva
14.10.2026 22:02 25 3 dəq oxuma
Maraqlı

İtaliyanın buludlar arasındakı gizli dağ muzeyləri

İtaliyanın buludlar arasındakı gizli dağ muzeyləri

 

Dolomit Alpları səyyahlar üçün misilsiz həyəcan və təəssüratlar vəd edir. Bütün dövrlərin ən böyük alpinistlərindən biri  Raynhold Messnerin yeni alpinizm kolleksiyasının təqdimatı bu məkanın hekayəsinə yeni bir məna qatır.
İtaliyanın şimal-şərqində, Avstriya sərhədi yaxınlığında yerləşən Dolomit Alpları rahat həyat tərzi üçün heç də əlverişli olmayan, sərt bir məkandır. Sıldırım zirvələr, təbii daş abidələr və dik qayalıqlarla zəngin olan bu dağ silsiləsi torpaq sürüşmələri, uçqunlar və 250 milyon ildən çoxdur ki, öz daxili qüvvələri ilə daim mübarizə aparan geoloji quruluşu ilə səciyyələnir. Sıldırım qayalar və yaylalar üzərində yalnız kanat yolları və "via ferrata" (dəmir yollar) yəni Birinci Dünya Müharibəsi dövründə qeyri-adi qaçış marşrutları kimi inşa edilmiş polad troslar, nərdivanlar və körpülərdən ibarət alpinizm cığırları mövcuddur.

Bütün bunlar bu dağları muzeylər kolleksiyası üçün gözlənilməz bir məkana çevirir. Buna baxmayaraq, yüksək dağlıq ərazilərdə yerləşən bu məkanlar təbiət, müasir alpinizm və iqlim dəyişikliyi haqqında düşünmək üçün toplanış nöqtələrinə çevrilmişdir. Üstəlik, onların hamısını birləşdirən bir ortaq cəhət var: rekordçu alpinist Raynhold Messner.

Onun "3 Zinnen Dolomites" bölgəsindəki son layihəsi, səyyahların bu əraziyə artan marağı fonunda həyat yoldaşı Diane birlikdə həyata keçirilib. Turizm idarəsinin məlumatına görə, Cənubi Tirolu ziyarət edənlərin sayı daim artır; buradakı dağlar isə iki fərqli dünyanın – həm yeni başlayan yürüşçülər üçün əlverişli məkanın, həm də alpinistlər üçün əsl nağıl aləminin – mükəmməl vəhdətini təşkil edir.

"Alpinizmin əsl ruhunu yaşatmaq mənim həm arzum, həm də qarşıma qoyduğum bir çağırışdır," – deyə Raynhold Messner təqaüdə çıxmaq ehtimalını sanki bir kənara itələyərək bildirib.

İlk baxışdan "Reinhold Messner Haus" həm etibarlı alpinizm ləvazimatları kolleksiyası, həm də bu italyan alpinistin qeyri-adi nailiyyətlərinin xronikası təsiri bağışlayır. Bina əksər ənənəvi muzeylər kimi şəhər mərkəzində deyil, Seksten kəndinin üzərindəki Elmo dağının zirvəsində yerləşən bir yaylada gizlənib. O, həmçinin adi bir tikilidə deyil.Bina əvvəllər sökülməsi nəzərdə tutulan keçmiş kanat yolu stansiyasının daxilində yerləşir. Diane bunu "fəaliyyətdə olan davamlılıq" kimi izah edib:
 "Hər şey artıq burada mövcud idi, buna görə də yeni materiallardan və ya resurslardan istifadə etmədik”.

Hazırda anbardan ziyarətçi mərkəzinə çevrilmiş bu məkanın böyük hissəsi ictimaiyyətə açıqdır.
Messnerlərin bir yataq otaqlı mənzilinin yerləşdiyi digər otaqlar isə şəxsi istifadədə qalır.


Məkanlar Messnerlərin onilliklər ərzində səyahətlər zamanı topladıqları müxtəlif maraqlı əşyalarla dolu olsa da, Tibet dua çarxları və Mahakala maskaları, Hinduizmə aid fiqurlar və ruh oxşayan rəsmlərin varlığı buranı daha çox mədəni və bədii görüş məkanı kimi hiss etdirir. "Biz təbiətlə olan münasibətlərimizi daha yaxşı dərk etmək üçün bir platforma yaratmaq istəyirdik," – deyə Diane bildirib. İçəridə bu mənəvi ab-hava dərindən hiss edilir. Çöldə isə Dolomit dağları sanki dişlərini göstərirmiş kimi parıldayır.

Məşhur alpinist Reinhold Messnerin şəxsi kolleksiyası və tarixi materialları bərpa olunaraq nümayiş etdirilir. Alpinizmin "qızıl dövrü"nü təcəssüm etdirən bu məkanda tarixi xəritələr, diaqramlar və ağ-qara fotoşəkillərlə dolu arxiv qutuları, həmçinin keçmiş ekspedisiyalarda istifadə edilmiş kəndirlər, buz baltaları və qütb xizəkləri toplanıb.
Uzun illər ərzində bu materialların təsnif edilmədiyini bildirən Messner, sıx ekspedisiya qrafiki və növbəti layihələrə diqqət yetirməsi səbəbindən keçmişdəki materialların taleyi ilə maraqlanmadığını qeyd edib.
Tarixi əşyaların və Himalay mənzərəli rəsmlərin sərgiləndiyi kompleksdən Dolomit dağlarının möhtəşəm mənzərəsi açılır. Əhəngdaşı divarları və iti zirvələri ilə seçilən bu təbiət mənzərəsi məkanın ümumi konsepsiyasını tamamlayır.

Aysu Qədirzadə

#İtaliya #təbiət #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər