Kəlbəcərdə vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunub
Kəlbəcər rayonunda vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunub.
Bu barədə "İnformator.az" a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası tərəfindən (cərrah, nefroloq, endokrinoloq, pediatr, terapevt, kardioloq, nevropatoloq, laborant, oftalmoloq, USM mütəxəssisi və s.) sakinlər tibbi müayinələrə cəlb edilib.
Səyyar tibbi müayinələr zamanı ümumilikdə 100-dən çox rayon sakininə 200-ə yaxın tibbi xidmət göstərilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.
Qeyd edək ki, TƏBİB işğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin yerində müşahidəsini aparmaq və vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə zəruri tibbi tədbirlər görülür. Həyata keçirilən tibbi tədbirlər zamanı ahıl və həssas qruplara daxil olan şəxslər, eləcə də uşaq, hamilə və zahı qadınlara xüsusi diqqət yetirilir, zərurət yarandığı təqdirdə onların ixtisaslı tibb müəssisələrinə yönləndirilməsi təmin olunur.