Luigi Mangione federal ittihamları qəbul edib
Luigi Mangione Nyu-Yorkda səhiyyə şirkətinin rəhbəri Brian Thompsonun öldürülməsinə görə federal ittihamları qəbul edib. O, məhkəmədə Thompsonu vurduğunu etiraf edib.
50 yaşlı iki uşaq atası Brian Thompson 2024-cü ildə Manhettendə oteldən çıxarkən kürəyindən güllələnərək öldürülüb. Prokuror bildirib ki, Mangione səhiyyə sənayesinə qarşı narazı olub və zorakılıq yolu ilə ictimai mesaj verməyə çalışıb.
28 yaşlı Mangione bu iş üzrə hələ ayrıca ştat məhkəməsi qarşısında da dayanmalıdır. Onun vəkilləri isə federal ittiham üzrə məhkumluqdan sonra eyni cinayətə görə ikinci dəfə mühakimə olunmasının mümkün olmadığını əsas gətirərək ştat məhkəməsinin dayandırılmasına çalışacaqlar. Bu hüquqi prinsip “double jeopardy” adlanır.
Güllər Gülhüseynova