00:00:00
Yazar
Admin User
11.06.2025 16:30 95 1 dəq oxuma
Dünya

“Mağrib Müqavimət Karvanı” Liviyanın Tacura şəhərinə çatıb

 “Mağrib Müqavimət Karvanı” Liviyanın Tacura şəhərinə çatıb

 

 

Qəzzadakı blokadanı qırmaq məqsədilə yola çıxan Mağrib Müqavimət Karvanı Trablusun şərqində yerləşən Tacura şəhərinə çatıb.

Karvan Liviyada çatdığı hər şəhərdə coşqu ilə qarşılanıb. Tacura şəhərində də karvanı böyük bir insan qrupu qarşılayıb.

 

Tacura sakinləri karvanda iştirak edən fəallara nahar yeməyi, su və meyvə şirəsi təqdim ediblər.

 

Fasilədən sonra liviyalılar və karvan iştirakçıları Qəzzadakı blokadanın ləğvi tələbilə aksiya keçiriblər.

Karvan Tacuradan ayrılaraq Liviyadakı növbəti dayanacağı olan Misrata şəhərinə doğru yola düşüb.

 

Tunisdən hərəkət edən və bu ölkə ilə yanaşı Əlcəzair, Mərakeş və Mavritaniyadan olan təxminən 2 min fəalın iştirak etdiyi karvan dünən Liviyadakı ilk dayanacağı olan Zaviye şəhərinə çatıb.

 

Təxminən 120 nəqliyyat vasitəsi və 12 avtobusdan ibarət olan karvana Zaviye şəhərində çox sayda liviyalı fəal da qoşulub.

Karvan Misirə çatdıqda isə müxtəlif ölkələrdən quru və hava yolu ilə Qahirəyə gələcək çox sayda fəalın da karvana qoşulması gözlənilir.

 

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər