00:00:00
Yazar
Admin User
05.11.2025 18:49 103 2 dəq oxuma
Dünya

Mamdani qalib gəlib

Mamdani qalib gəlib

Nyu-Yorkun Demokrat bələdiyyə başqanı namizədi Zorhan Mamdani ilkin, qeyri-rəsmi nəticələrə əsasən səslərin 50,4 faizini toplayaraq Nyu-Yorkun ilk müsəlman bələdiyyə başqanı olub. ABŞ Prezidenti Donald Tramp seçkilərdə Mamdaninin rəqibini dəstəkləməyə çağırmış və Mamdani qalib gələrsə, fondların kəsiləcəyi ilə hədələyib.

 

Yerli vaxtla saat 21:00-da başa çatan səsvermədən sonra açılan qutulardakı səslərin 89 faizi sayılıb. ABŞ-nin Nyu-York ştatında yerləşən “Associated Press” (AP) agentliyinin açıqladığı ilkin, qeyri-rəsmi nəticələrə görə, Mamdani səslərin 50,4 faizini qazanaraq ən yaxın rəqibi olan müstəqil namizəd Endryu Kuomoya təxminən 9 faiz fərqlə qalib gəlib.

 

 

ABŞ Prezidenti Donald Tramp seçkilərdə Mamdaninin rəqibi Kuomonu dəstəkləmiş və Mamdani qalib gələrsə, fondların kəsiləcəyi ilə hədələmişdi.

Tramp “komunist dəlisov” adlandırdığı Mamdani barədə belə deyib: “Əgər komunist namizəd Mamdani Nyu-York Bələdiyyə Başçılığı seçkilərini qazanarsa, zəruri minimum miqdardan başqa federal fond ayrılması ehtimalı çox aşağıdır, çünki komunist idarəetmə altında bu bir vaxtlar möhtəşəm olan şəhərin uğur qazanmaq, hətta sağ qalmaq şansı sıfırdır! Komunist idarəetmə ilə vəziyyət daha da pisləşə bilər".

 

Mamdani kirayə nəzarəti, kirayə artımlarının məhdudlaşdırılması və dövlətə məxsus sosial mənzillərin tikintisi kimi mənzil siyasətlərini prioritet hesab edib. O, ictimai nəqliyyat sahəsində “pulsuz avtobus” kimi pilot layihələri dəstəkləyib. Həmçinin iri şəhərlərdə yaşayanlar üçün minimum əməkhaqqının daha yüksək müəyyən edilməsini təklif edib.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər