00:00:00
Yazar
Güllər Gülhüseynova
17.08.2026 21:33 11 2 dəq oxuma
Dünya

Meta uduzarsa, Instagram və Facebook-da ciddi dəyişikliklər edilə bilər

Meta uduzarsa, Instagram və Facebook-da ciddi dəyişikliklər edilə bilər

Meta şirkətinin uşaqların məxfiliyini pozması ilə bağlı məhkəmə işi Instagram və Facebook-un gələcəyinə ciddi təsir göstərə bilər.

 

Meta şirkətinin yeniyetmə və uşaqlara yönəlik fəaliyyəti ilə bağlı məhkəmələrdə ardıcıl məğlubiyyətlərindən sonra şirkət daha böyük təhlükə ilə üzləşib. ABŞ-nin 30 ştatının Meta-ya qarşı qaldırdığı iddia üzrə münsiflər məhkəməsinin iclası başlayır.

 

2023-cü ildə Kaliforniya və Nyu-Yorkun da daxil olduğu 30 ştat Meta-nı uşaqların məxfiliyi ilə bağlı federal və ştat qanunlarını pozmaqda ittiham edib.

 

Ştatlar Meta-dan 1 trilyon dollardan çox təzminat tələb etməklə yanaşı, Instagram və Facebook-un fəaliyyətində köklü dəyişikliklərin edilməsini istəyirlər.

 

Tələblər arasında “like” saylarının ləğvi və istifadəçilərin məzmunu sonsuz şəkildə sürüşdürməsinə imkan verən “sonsuz lent” funksiyasının dayandırılması da var.

 

Ştatların digər tələbləri isə bunlardır: yeniyetmə istifadəçilər üçün valideyn təsdiqi sisteminin tətbiqi, uşaqlara təsir edən tövsiyə alqoritmlərinin dəyişdirilməsi,insanların görünüşünü dəyişdirən bir sıra foto filtrlərinin ləğvi, videoların avtomatik oynadılmasının dayandırılması, bir istifadəçinin bir neçə hesab yaratmasının məhdudlaşdırılması, Instagram Stories kimi yoxa çıxan paylaşımların qadağan edilməsi.

 

İddiaçı ştatlar hesab edir ki, bu funksiyalar istifadəçiləri, xüsusilə də uşaqları və yeniyetmələri platformalarda mümkün qədər uzun müddət saxlamaq üçün hazırlanıb.

 

Onların iddiasına görə, Meta gənc istifadəçiləri platformalara cəlb etmək və istifadəçi bazasını genişləndirmək məqsədilə onların zəifliklərindən “istifadə edib”. Ştatlar həmçinin tez-tez göndərilən bildirişlərin gəncləri tətbiqlərə geri qayıtmağa təşviq etdiyini bildirirlər.

 

Meta isə ittihamları dəfələrlə rədd edib.

 

Şirkətin nümayəndəsi bildirib ki, Meta iddialarla qəti şəkildə razı deyil və məhkəmədə gəncləri dəstəkləmək istiqamətində uzunmüddətli fəaliyyətini sübut edəcəyinə əmindir.

 

İşə Kaliforniyada federal baş hakim Yvonne Gonzalez Rogers baxır. O, Elon Musk və Sam Altman arasındakı yüksək profilli məhkəmə prosesində də hakim olub və təxminən 20 illik hakimlik fəaliyyəti ərzində prinsipial və birbaşa yanaşması ilə tanınıb.

 

Əgər Meta bu miqyasda məhkəmə prosesində məğlub olarsa, qərar Instagram və Facebook-un xüsusilə gənc istifadəçilər üçün işləmə prinsipində fundamental dəyişikliklərə səbəb ola bilər.

 

Güllər Gülhüseynova

#xəbər #instagram #ciddi #facebook-da
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər