00:00:00
Yazar
Ayan Sadi
19.08.2026 23:42 35 1 dəq oxuma
Dünya

Miqrasiya siyasətindəki böhranlar

Miqrasiya siyasətindəki böhranlar

Dünyada miqrant axınının artması bir çox ölkələrdə iqtisadi, sosial və siyasi müzakirələri daha da aktuallaşdırıb. Ekspertlər hesab edirlər ki, miqrasiya siyasətində düzgün planlaşdırma aparılmadıqda bu, dövlətlər üçün ciddi böhranlara səbəb ola bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ramiyə Mamedova bildirir ki, miqrasiya böhranlarının əsas səbəblərindən biri dövlətlərin öz imkanlarını düzgün hesablamamasıdır.

 

“Əgər bir ölkə iqtisadi və sosial potensialından artıq sayda miqrant qəbul edirsə, bu zaman məşğulluq, sosial təminat, yaşayış və dövlət büdcəsi üzərində ciddi yük yaranır. Nəticədə iqtisadi, sosial və siyasi problemlər qaçılmaz olur”.

 

Politoloqun sözlərinə görə, miqrantlar yalnız əmək qüvvəsi deyil, həm də öz dilləri, mədəniyyətləri və dini dəyərləri ilə cəmiyyətə daxil olurlar. İnteqrasiya mexanizmləri zəif qurulduqda dil baryeri, sosial uyğunlaşma problemləri və ictimai gərginlik meydana çıxa bilər.

 

“Dövlət miqrant qəbulu üzrə kvotalar müəyyən etməli, əmək bazarının ehtiyaclarını nəzərə almalı, dil və peşə uyğunluğu kimi meyarları tətbiq etməlidir. Əks halda, həm iqtisadi itkilər artır, həm də sonradan deportasiya kimi sərt tədbirlərə ehtiyac yaranır”.

 

Ramiyə Mamedova vurğulayıb ki, ABŞ, Türkiyə və Avropada yaşanan miqrasiya təcrübəsi göstərir ki, balanslı və uzunmüddətli miqrasiya siyasəti dövlətlərin ən vacib strateji istiqamətlərindən biridir.

 

Süsən Mərdalıqızı

#miqrasiya #siyasətindəki #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər