Mirzoyan: Moskva və Tehran TRIPP-də amerikalıların iştirakı barədə açıqlama verməyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Moskva və Tehran “TRIPP” layihəsində amerikalıların iştirakına qarşı hər hansı narahatlıq ifadə etməyib. Nazir bu barədə İrəvanda keçirilən “Orbeli Analitik Mərkəzi”nin illik forumunda çıxışı zamanı deyib.Mirzoyanın sözlərinə görə, “TRIPP”-yəni “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi regionda kommunikasiya əlaqələrinin bərpasını və yeni nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.
Bu mövzu ilə bağlı siyasi şərhçi Xəqani Cəfərli “İnformator.az”a məlumat verib ki,Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Moskva və Tehran “TRIPP” layihəsində amerikalıların iştirakına qarşı hər hansı narahatlıq ifadə etməməsi anlaşılandır:
“Rusiya və İran ABŞ prezidentinin adı ilə birbaşa bağlı olan layihəyə maneə olmaq üçün güclərinin yetərli olmadığını bilirlər. Layihənin qarşısını ala biləcək güclərinin olmadığı bir zamanda imic xatirinə edilə biləcək müdaxilələrin çox ağır nəticələr doğuracağını bilirlər. Ona görə də Rusiya və İran buna cəsarət etmir. “TRIPP” layihəsinin əsas məqsədi bölgədə əməkdaşlığın yolunu açmaqla yeni münasibətlər sistemi yaratmağı hədəfləyir. “TRIPP” layihəsi gerçəkləşəndən sonra bütün regionun siması sürətli şəkildə dəyəcək. ABŞ-nin bu layihənin rəhbəri olacağı artıq aydın görünür və bu layihənin fəaliyyəti üçün önəmlidir.“TRIPP” layihəsi qəanətimcə “Əsrin müqaviləsi”ndən sonra bölgədə gerçəkləşən ən böyük layihədir”.
Cavahir Əsgərbəyli