Musk “peşmanam” demədən əvvəl Trumpla görüşüb?
ABŞ Prezidenti Donald Trump ilə münasibətləri gərgin olan Elon Musk, daha əvvəl verdiyi bəzi açıqlamalara görə peşman olduğunu bildirib. New York Times qəzeti isə Musk-ın bu açıqlamanı verməzdən əvvəl Trumpla danışdığını iddia edib.
ABŞ iş adamı Elon Musk-ın, vergi endirimi ilə bağlı qanun layihəsinə görə münasibətləri pozulan ABŞ Prezidenti Donald Trump haqqında daha əvvəl etdiyi bəzi paylaşımlara görə peşman olduğunu ifadə etməzdən əvvəl prezidentlə telefon danışığı apardığı iddia olunur.
New York Times qəzetinin adını açıqlamayan, məsələyə yaxın olan üç mənbəyə əsaslanan xəbərində, Musk-ın Trampı tənqid edərkən “çox irəli getdiyini” və buna görə peşman olduğunu bildirdiyi paylaşımından əvvəl, 9 iyun tarixində Trumpla telefonla danışdığı iddia edilir.
Xəbərdə həmçinin Musk-ın 6 iyun tarixində Ağ Evin xüsusi katibi Susi Vails və ABŞ-nin vitse-prezidenti C.D. Venslə də telefon əlaqəsi saxladığı və “səhvini düzəltməyə çalışdığı” qeyd olunur.
Musk dünənki paylaşımında, “Tramp haqqında bəzi paylaşımlarıma görə peşmanam” ifadəsini işlədərək, “çox irəli getdiyini” vurğulayıb.
A haber
Asiman Vəliyeva