00:00:00
Yazar
Aysel Mirzəyeva
10.04.2026 17:07 91 1 dəq oxuma
Sosial

""MyGov” sistemi üzərindən aparılan əməliyyatlar şəffaflığa xidmət edir" - ŞƏRH

""MyGov” sistemi üzərindən aparılan əməliyyatlar şəffaflığa xidmət edir" - ŞƏRH

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu və təhsil tələbə krediti üzrə müraciətlərin həyata keçirilməsi prosesi rəqəmsallaşdırılır.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanov “İnformator.az”a açıqlamasında bildirib ki, keçirilən islahatlar təkcə təhsillə əlaqəli deyil, kompleks şəkildə bütün sahələri əhatə edir:

 

“Məqsəd mərkəzləşdirilmiş, vahid rəqəmsal sistemdən istifadəni təmin etməkdir. Ölkədə bütün dövlət qurumlarının informasiya sistemi, eləcə də rəsmi müraciətlər bu sistemə inteqrasiya olunur. Rəqəmsal sistemin tətbiqi vacibdir və üstünlükləri çoxdur. Burada texniki səhvlər minimuma enir, həmçinin hər hansı məlumata təkrar baxmaq, müraciəti izləmək və nəticələrlə tanış olmaq daha asan və əlçatan olur. Ən mühüm üstünlük məlumatların fərdiləşdirilməsidir. Dövlət İmtahan Mərkəzi platformasından istifadə zamanı abituriyentin şəxsi kabinetinin parol və şifrəsinin təsadüfən ələ keçirilməsi halında müdaxilə mümkün ola bilər. Lakin myGov üzərindən məlumatların təhlükəsizliyi və məxfiliyi təmin edilir, şəxsin icazəsi və iştirakı olmadan müdaxilə etmək mümkün deyil. myGov sisteminin tətbiqi tələbələrin digər platformalara, o cümlədən təhsil kreditinə çıxışını da asanlaşdıracaq. Bu sistem üzərindən aparılan əməliyyatlar istənilən sahədə şəffaflığa, korrupsiyanın qarşısının alınmasına və operativliyə xidmət edir”.


Günel Əlili

#əməliyyatlar #şərh #aparılan #üzərindən #şəffaflığa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər