00:00:00
Yazar
Nigar Həsənzadə
12.11.2026 21:56 39 11 dəq oxuma
Professor Nəsir İmanquliyev dərsləri Özəl

NƏSİR İMANQULİYEV:HƏR DÖVR ÜÇÜN MÜASİR OLAN JURNALİST 

NƏSİR İMANQULİYEV:HƏR DÖVR ÜÇÜN MÜASİR OLAN JURNALİST

Azərbaycan jurnalistikasının tarixi çox güclü simalara dayanır.Azərbaycan mətbuat tarixini araşdıranda adam görür ki, bu sahəyə sadəcə qəzetdə yazı yazanlar deyil, eyni zamanda auditoriyalarda gənc kadrlar yetişdirən əsl müəllimlər böyük töhfə veriblər. Belə adlar çəkiləndə isə Nəsir İmanquliyevin rolu dərhal önə çıxır. O, təkcə qələm sahibi yox, həm də universitetimizdə jurnalistika təhsilinin təməlini qoyan əsas simalardan biri olub.O mətbuata sadəcə bir iş kimi baxmırdı,onun üçün qazet cəmiyyəti oyadan,düşündürən,haqqı və ədaləti bərpa edən əsas tribun idi.Zamanın ağır ideoloji qadağalarına baxmayaraq,o,hər zaman öz pirinsipal mövqeyini qoruyub saxlaya bildi və göstərdi ki,əsil ziyalı hər şəraitdə vicdanını uca tutmalıdır.Bu yazıda onun keçdiyi mənalı yol,mətbuatda yaratdığı məktəb,elmi-pedaqoji fəaliyyət və cəmiyyətdə qoyduğu dərin izlər haqqında danışmağı özümə borc bilirəm.Hər bir insanın xarakteri yaşadığı dövrün sınaqları içində bərkiyir, formalaşır.

 

Nəsir İmanquliyevin də gəncliyi kifayət qədər mürəkkəb və ziddiyyətli illərə təsadüf edib. O dövrdə oxumaq, elmə yiyələnmək heç də hamıya nəsib olmurdu, böyük iradə və fədakarlıq tələb edirdi. O, erkən yaşlarından kitaba, biliyə və öyrənməyə olan sonsuz marağı ilə seçilib.Bakı Dövlət Universitetində aldığı təhsil onun dünyagörüşünün genişlənməsində mühüm rol oynayıb. Həyatın müxtəlif çətinlikləri, dövrün gətirdiyi sərt reallıqlar ilə üzləşsə də, o, nəinki peşəkar prinsiplərindən, heç vaxt insanlığından, sadəliyindən və dürüstlüyündən güzəştə getməyib. Onun ətrafındakı insanlar həmişə qeyd edirdilər ki, Nəsir müəllim hər zaman təmkinli, tənqidə açıq və ədalətli olmağı bacarırdı. Bu xüsusiyyətlər onun gələcək fəaliyyətinin təməlini qoydu.Nəsir İmanquliyev deyiləndə adamın gözü önünə dərhal o dövrün əsas mətbuat ocağı olan “Kommunist” qəzeti gəlir. O, bu qəzetdə uzun illər fəaliyyət göstərib, qəzetçiliyin bütün ağır yükünü çiyinlərində daşıyıb. Yazılarında hər zaman xalqın gündəlik qayğılarını, cəmiyyətdəki ağrılı yerləri və həllini gözləyən problemləri qabardıb. O, xırda məsələlərdən ötrü heç vaxt qələmini satmır, hər yazısında obyektivliyi əsas götürürdü.Amma onun redaktorluq fəaliyyətində ən böyük xidmətlərindən biri ətrafına istedadlı gəncləri yığması və əsl jurnalistlər ordusu yetişdirməsi idi. Redaksiyada gənc yazarlarla işləyərkən onlara hər şeydən əvvəl peşə məsuliyyəti öyrədərdi. Tez-tez xatırlardardı ki, qələm adamının hər sözü ölçülü olmalıdır, çünki yazılan hər bir cümlənin cəmiyyətdə əksi olur. Məhz onun yaratdığı bu sağlam iş mühiti sonradan Azərbaycan mətbuatının aparıcı simalarının, tanınmış qələm sahiblərinin formalaşmasına zəmin yaratdı.Azərbaycan mətbuat tarixini vərəqlədikdə adam aydın şəkildə görür ki, bəzi insanlar sadəcə qəzetdə işləmir, onlar sıfırdan yeni bir mətbuat ocağı yaradır, ona can verir və onu cəmiyyətin sevimli tribunasına çevirirlər. Nəsir İmanquliyevin adı çəkiləndə “Kommunist” qəzeti ilə bərabər, dərhal “Bakı” axşam qəzeti də göz önünə gəlir. Çünki bu qəzetin yaradılması, ayaq üstə durması və cəmiyyətdə real nüfuz qazanması birbaşa onun adı, gərgin əməyi və təşkilatçılıq qabiliyyəti ilə bağlıdır.

 

O dövrdə respublikada operativ, şəhər həyatının nəbzini tutan, insanları düşündərən problemlərə dərhal reaksiya verən axşam qəzetinə böyük ehtiyac var idi. Məhz belə bir mətbu orqanın – “Bakı” (“Baku”) qəzetinin nəşrə başlaması mətbuatımızda mühüm hadisə oldu. Nəsir İmanquliyev bu qəzetin yaradıcılarından biri və uzun müddət rəhbəri kimi bütün çətinlikləri sinəsinə çəkdi. Qəzetin ilk sayının işıq üzü görməsindən tutmuş, onun redaksiya siyasətinin formalaşmasına qədər hər bir detalda ustadın əməyi və zəhməti vardı.”Bakı” qəzetinin fəaliyyətində ən çox diqqət çəkən cəhətdən biri onun adi vətəndaşların problemlərinə qarşı hədsiz həssas olması idi. O dövrdə dövlət qurumlarına, müxtəlif idarələrə təkbaşına müraciət edib haqqını tapa bilməyən insanlar məhz Nəsir İmanquliyevin rəhbərlik etdiyi qəzetə üz tuturdular. Redaksiyanın qapısı hər kəsə açıq idi.

 

Nəsir müəllim gələn hər bir şikayət məktubuna, müraciətə diqqətsiz yanaşmağa imkan vermirdi. O, jurnalistlərə tapşırırdı ki, faktı dəqiqləşdirmədən heç bir yazını dərc etməsinlər, lakin əgər vətəndaş haqlıdırsa, məmur səhlənkarlığı və ya ədalətsizlik baş veribsə, qəzet dərhal buna sərt reaksiya verməlidir. Onun redaktorluğu dövründə “Bakı” qəzetində dərc olunan tənqidi məqalələr ciddi nəticələr doğurur, bir çox məmurlar buraxdıqları səhvləri düzəltməyə məcbur olurdular. Bu isə qəzetə və şəxsən Nəsir İmanquliyevin adına olan etimadı daha da artırırdı.Necə ki “Kommunist” qəzeti onun üçün bir məktəb idi, “Bakı” qəzeti də gənc yazarların, istedadlı jurnalistlərin əsl püxtələşmə ocağına çevrilmişdi. O dövrdə qəzetin redaksiyasında işləmək həm böyük şərəf, həm də çox məsuliyyətli iş idi. Nəsir İmanquliyev redaksiyaya gələn gənclərə atalıq qayğısı ilə yanaşır, onlara qələm tutmağın, həyatı müşahidə etməyin və ən əsası, obyektiv olmağın yollarını öyrədirdi.

 

O, heç vaxt kabinetində əyləşib kənardan baxan rəhbər olmamışdı. Həmişə redaksiyanın mərkəzində, gənclərin arasında olurdu. Kimsə yeni mövzu tapanda, yaxşı bir oçerk yazanda onu tərifləyər, səhfi olanda isə hirslənmədən, sakit şəkildə izah edərdi ki, bu işə belə yanaşmaq lazımdır. Məhz “Bakı” qəzetinin redaksiyasında yetişən həmin gənclər sonradan Azərbaycan jurnalistikasının aparıcı simalarına, tanınmış baş redaktorlara və qələm sahiblərinə çevrildilər. Onlar həmişə fəxrlə qeyd edirdilər ki, əsl redaktor məktəbini məhz Nəsir İmanquliyevdən keçiblər.Nəsir İmanquliyevin təsir dairəsi təkcə qəzet səhifələri və redaksiya otaqları ilə bitmirdi. O, Bakı Dövlət Universitetində jurnalistika ixtisasının yaradılmasında və tədris sisteminin qurulmasında əsas rol oynayanlardan biri idi.O dövrdə mətbuat sahəsində çalışmaq, hər yazılan cümləyə görə məsuliyyət daşımaq kifayət qədər ağır və məsuliyyətli idi. Çünki senzuranın güclü vaxtlarında həqiqəti dilə gətirmək, cəmiyyətin yaralı yerlərinə toxunmaq böyük cəsarət tələb edirdi. Nəsir İmanquliyev heç vaxt çətinliklərdən qorxmaz, hər zaman xalqın maraqlarını hər şeydən üstün tutardı. Onun üçün qələm hər hansı bir vasitə deyil, ədalətin və haqqın səsini ucaltmaq üçün ən güclü silah idi. Məhz bu prinsipiallığı sayəsində o, təkcə peşəkar kimi deyil, həm də əsl xalq adamı kimi yaddaşlarda qaldı.. Bu gün də Azərbaycan mətbuatında ad qazanan bir çox tanınmış simalar fəxrlə özlərini Nəsir İmanquliyev məktəbinin yetirmələri hesab edirlər.Nəsir İmanquliyev əməktar artist Zemfira Məhərrəmlinin müəllimi olmuşdur. O Bakı dövlət universitetində keçirilən “Professor Nəsir İmanquliyevin dərsləri”lahiyəsinin ilk qonağı olmuşdur.Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə keçirilən layihə haqqında məlumat verib. Belə təşəbbüslərin birbaşa tələbələrdən gəlməsinin müsbət tendensiyaya çevrildiyini bildirib.Əməkdar jurnalist Zemfira Məhərrəmli Nəsir İmanquliyevin bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirdiyini qeyd edib, sevimli müəllimi haqqında xatirələrini bölüşüb: “Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılığına geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi bu gün də davam edir. Nəsir İmanquliyevin həyat və yaradıcılığı müasir jurnalistikamız üçün böyük örnəkdir.Nəsir İmanquliyevin fəaliyyəti haqqında çox şey danışmaq olar.O, təkcə gündəlik məqalələr yazmaqla kifayətlənməyib, həm də ciddi elmi-tədqiqat işləri ilə məşğul olub. Azərbaycan mətbuat tarixinin öyrənilməsi və sistemləşdirilməsi istiqamətində yazdığı əsərlər bu gün də bu sahə ilə məşğul olan tədqiqatçılar üçün əsas mənbə rolunu oynayır.

 

Onun elmi yanaşmasında hər zaman qüsursuz dəqiqlik və faktlara əsaslanmaq prinsipi üstünlük təşkil edirdi. O qəti şəkildə inanırdı ki, öz keçmişini, mətbuat tarixini bilməyən cəmiyyət gələcəyini də düzgün qura bilməz. Onun elmi məqalələri və kitabları bu baxımdan həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət daşıyır. Nəsir İmanquliyevin Bakı dövlət Universitetində jurnalistika elminin və təhsilinin təməlinin qoyulmasında əvəzedilməz rolu olub.Bir universitetdə hər hansı ixtisasın əsasını qoymaq, sıfırdan bir məktəb yaratmaq hər adama nəsib olan iş deyil. Azərbaycan jurnalistikasında isə bu yükü çiyinlərində daşıyanların başında məhz Nəsir İmanquliyev gəlir. O, təkcə qəzet səhifələrində qələm çalmaqla kifayətlənmədi, həm də illərlə qazandığı təcrübəni Bakı Dövlət Universitetinin auditoriyalarına daşıdı. O dövrdə gənc jurnalistlərin yetişməsi, bu peşənin elmi əsaslarla öyrənilməsi üçün məhz belə bir insana ehtiyac var idi.O illərdə jurnalistika artıq sadəcə həvəskar bir iş kimi qala bilməzdi. Cəmiyyətə dərindən düşünən, savadlı, hər şeyi elmi prinsiplərlə yanaşıb yazan peşəkar kadrlar lazım idi. Məhz bu ehtiyacı duyan Nəsir İmanquliyev praktikadakı bütün təcrübəsini universitet auditoriyalarına daşıdı. O, çox gözəl başa düşürdü ki, qəzetçilik yalnız təbii istedad deyil, həm də ciddi şəkildə öyrənilməli olan bir peşədir. Ona görə də BDU-da bu ixtisasın açılmasında, ilk proqramların və dərsliklərin hazırlanmasında onun əməyi əvəzsizdir.

 

Nəsir İmanquliyevin redaksiya fəaliyyətini xatırlayanlar onun təkcə peşəkar keyfiyyətlərini deyil, həm də insani münasibətlərdəki səmimiyyətini həmişə dilə gətirirdilər. O, şöhrətdən uzaq, son dərəcə sadə həyat tərzi sürür, hər kəsin probleminə fərdi həssaslıkla yanaşırdı. Qapısı köməyə ehtiyacı olan hər bir vətəndaşın üzünə açıq idi. Həmkarları ilə münasibətdə heç vaxt rəhbər sərtliyi göstərməz, əksinə, hər kəsə bir ağsaqqal, qayğıkeş dost kimi dəstək olar, çətin anlarda h hər kəsə məsləhəti ilə istiqamət verərdi. Məhz bu xalis insanpərvərlik onun adını illər keçdikcə daha da ucaltdı.Amma tələbələr onu hem çox istəyir, həm də bir az çəkinirdilər. Çünki o, çox tələbkar idi. Heç vaxt səhlənkarlığı və ya ötəri yazılan yazıları bağışlamazdı. Tələbələrinə həmişə deyirdi ki, “qələm ucu tərəzi daşı kimidir, hər sözü ölçüb-biçmək lazımdır”. O öyrərirdi ki, jurnalist heç vaxt yalan yazmamalı, faktı dəqiqləşdirmədən ortaya çıxmamalıdır. Onun bu ciddi tələbkarlığının arxasında əslində gənclərə olan böyük inam və qayğı dayanardı. O, auditoriyada tələbələrə yalnız jurnalistikanın qrammatikasını deyil, həm də hər zaman dürüst qalmağın, vicdanlı olmağın yollarını öyrədirdi.Bu gün baxanda görürük ki, həmin auditoriyalardan çıxan neçə-neçə tanınmış jurnalist, qələm sahibi fəxrlə özlərini Nəsir müəllimin tələbəsi hesab edirlər. Onlar indiyə qədər də həmin dərsləri, ustadın dediyi məsləhətləri minnətdarlıqla xatırlayırlar. Nəsir İmanquliyevin universitetdə qoyduğu o təməl bu gün də yaşayır və bizim mətbuat tariximizdə hər zaman əsas bələdçi olaraq qalır.İnsanın kimliyi, əxlaqı və cəmiyyətə baxışı çox vaxt böyüdüyü ailədən, nəfəs aldığı mühitdən başlayır. Nəsir İmanquliyevin də evi, ailə ocağı əsl ziyalı mərkəzi idi. O, evdə də məktəbdə və ya redaksiyada olduğu kimi sadə, lakin çox tələbkar və dərin düşüncəli insan idi.

 

Onun ailə bağları, övladına verdiyi tərbiyə xüsusi bir söhbət mövzusudur. Nəsir müəllim evdə həmişə kitaba, elmi oxumağa xüsusi önəm verərdi. Onun qızı, Azərbaycanın görkəmli şərqşünas alimi, parlaq intellektə malik Aida İmanquliyeva məhz belə bir ailə mühitində, elm və kitab qoxuyan ocaqda böyümüşdü. Atasının qoyduğu möhkəm təməl, dürüstlük prinsipləri və kitaba olan sonsuz sevgi Aida xanımın da həyat yolunu müəyyən etdi. O, Azərbaycan şərqşünaslıq elmində ad qazandı, öz növbəsində gələcəyin dahi yazıçısı Anarın anası kimi də dərin iz qoydu

.

Bax, bu ocağın özü elə bir tarixdir. Nəsir İmanquliyev təkcə özü yazıb-yaratmadı, həm də elə bir nəsil, elə bir ziyalı zənciri formalaşdırdı ki, onların hər biri bu gün də xalqımızın mədəni yaddaşında yaşayır. Bir ailədən həm böyük bir jurnalist ustadın, həm də görkəmli alimin çıxması təsadüf deyil – bu, illərlə çəkilən zəhmətin və təmiz vicdanın nəticəsidir.Bir insanın ömür yoluna arxaya baxanda, onun cəmiyyətə nə verdiyini, arxasından hansı izi qoyub getdiyini daha aydın görürük. Nəsir İmanquliyev elə bir ömür yaşayıb ki, onun hər səhifəsi dürüstlük, peşəkarlıq və əsl ziyalı məsuliyyəti dərsləri ilə doludur. O, elə bir dövrdə fəaliyyət göstərib ki, zamanın sərt qaydaları, ideoloji təzyiqlər və çətinliklər hər adamın çiyininə yük ola bilərdi. Lakin o, bütün bu sınaqlardan üzüağ, başıuca çıxmağı bacardı. Onun üçün qələm heç vaxt alət və ya şəxsi maraq vasitəsi olmayıb; qələm hər zaman xalqa xidmət etməyin, həqiqəti söyləməyin və ədaləti müdafiə etməyin ən ali yolu idi.

 

Nəsir İmanquliyevin adını çəkəndə ilk növbədə onun Azərbaycan mətbuatına verdiyi töhfələr göz önünə gəlir. “Kommunist” və “Bakı” qəzetlərində keçən illər sadəcə iş yeri deyildi, bütöv bir mətbuat məktəbi idi. O, bu redaksiyalarda təkcə qəzet çıxarmır, həm də gənc nəslə jurnalistikanın əlifbasını, çətinliklərə sinə gərməyin yollarını öyrərirdi. Onun yanında yetişən gənclər sonradan ölkəmizin aparıcı qələm sahibləri oldular, mətbuatımızın inkişafında mühüm rol oynadılar. O, hər bir gəncə atalıq qayğısı ilə yanaşır, səhvlərini səbirlə başa salır, amma hər şeydən əvvəl məsuliyyətli olmağı tələb edirdi.

 

Bununla yanaşı, onun Bakı Dövlət Universitetində jurnalistika elminin təməlini qoyması təhsil tariximizdə xüsusi bir mərhələdir. O, auditoriyaya girəndə tələbələr dərhal başa düşürdülər ki, qarşılarında kitab yaddaşı ilə danışan müəllim deyil, həyatı öz gözləri ilə görmüş, redaksiyaların bütün ağır yükünü daşımış canlı bir ustad dayanır. Onun mühazirələri quru nəzəriyyədən uzaq, həyat dərsləri ilə zəngin olurdu. Tələbələr ondan həm peşə sirrlərini öyrənir, həm də insani keyfiyyətləri, dürüst olmağın nə demək olduğunu mənimsəyirdilər. Bu gün də həmin auditoriyalardan çıxmış insanların ustadı minnətdarlıqla xatırlaması onun müəllimlik nüfuzunun ən bariz sübutudur.

 

Nəsir İmanquliyevin elmi fəaliyyəti də mətbuat tariximizin öyrənilməsində əvəzsiz mənbədir. O inanırdı ki, öz keçmişini bilməyən, kökünə bələd olmayan cəmiyyət gələcəyini də düzgün qura bilməz. Yazdığı əsərlər, apardığı araşdırmalar bu gün də bu sahə ilə məşğul olanlar üçün əsl bələdçidir. Eyni zamanda, onun yaratdığı ziyalı ocağı, ailə mühiti və qızına — görkəmli alim Aida İmanquliyevaya ötürdüyü mənəvi dəyərlər bu soyadın Azərbaycan elm və mədəniyyət tariximizdə nə qədər dərin köklərə sahib olduğunu bir daha göstərir.Bu gün jurnalistika sahəsinə ilk addımlarını atan hər bir gənc üçün Nəsir İmanquliyevin həyat yolu əsl həyat dərsi və tükənməz motivasiya mənbəyidir. Müasir dövrdə hər şeyin sürətlə dəyişdiyi, informasiyanın hər yerdən sel kimi axdığı bir vaxtda, düzgün və vicdanlı qələm sahibi olmaq hər zamankindən daha çətindir. Lakin Nəsir müəllimin ömrünə baxanda insan başa düşür ki,əsl jurnalistika hər şeydən əvvəl dürüstlük və məsuliyyət deməkdir.

 

Bu gün illər ötüb keçsə də, Nəsir İmanquliyevin qoyduğu irs heç vaxt köhnəlmir. Əksinə, zaman keçdikcə onun nə qədər uzaqgörən, prinsipial və əsl vətəndaş mövqeyinə sahib bir insan olduğu daha dərindən dərk edilir. Onun keçdiyi şərəfli yol bu gün də jurnalistika ilə məşğul olan hər bir kəsə, gənc nəsillərə işıq saçan bir mayakdır. Nəsir İmanquliyevin adı həmişə təmiz vicdanın, peşəkarlığın və əsl Azərbaycan ziyalısının simvolu olaraq yaddaşlarda yaşayacaq və hər zaman ehtiramla xatırlanacaq.

 

Həşimova Nəzrin

#azərbaycan #jurnali̇st #xəbər #dövr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər