00:00:00
Yazar
Admin User
05.11.2025 04:33 98 1 dəq oxuma
Dünya

NATO təlimlərdə Kalininqradın mühasirəsi ssenarisini məşq edir

NATO təlimlərdə Kalininqradın mühasirəsi ssenarisini məşq edir

Şimali Atlantika Alyansı cari təlimlərdə Rusiyanın Kalininqrad vilayətinin mühasirəsi senarisini məşq edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "İzvestiya"ya müsahibəsində bildirib.

 

Diplomat vurğulayıb ki, Baltikyanı region koalisiya qüvvə və vasitələrinin artırılması ilə aktiv şəkildə militarizasiyaya məruz qalır. Onun sözlərinə görə, əvvəllər Baltik əməkdaşlıq məkanı olsa da, indi NATO-nun səyləri ilə qarşıdurma zonasına çevrilib.

 

"Alyans bu il "Baltik keşikçisi" missiyasını başladıb. Bu missiya vasitəsilə NATO bu akvatoriyada öz gəmiçilik qaydalarını müəyyən etməyə, Rusiyanın maraqları naminə həyata keçirilən dəniz yük daşımalarını nəzarət altına almağa və məhdudlaşdırmağa çalışır", - Qruşko qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər