Netanyahudan Osmanlı və İran mesajı
İsrailin baş naziri Benyamin Netanyahu, Argentina prezidenti Xavyer Mileinin İsrailə səfəri zamanı Knessetdə çıxış edib. O, 19-cu əsrdə Argentinanın yəhudilər üçün sığınacağa çevrildiyini bildirib və onların təkcə Şərqi Avropadan deyil, Osmanlı İmperiyasından da qaçdığını iddia edib.
Netanyahu, "Osmanlı İmperiyasının geri dönəcəyini düşünmürəm, dönməyəcək" deyə bildirib.
İrana qarşı da sərt ifadələr işlədən baş nazir, Tehran rejiminin İsrailə qarşı müharibə apardığını və İranın "böyük ölçüdə məhv edildiyini", lakin təhlükənin hələ də davam etdiyini söyləyib.
Mənbə: CNN Türk
Türkan Kərimli