00:00:00
Yazar
Admin User
05.11.2025 08:06 217 1 dəq oxuma
Dünya

Noyabrda üç maqnit qasırğası gözlənilir

Noyabrda üç maqnit qasırğası gözlənilir

Noyabrın 7-də Yer kürəsində G1 səviyyəli maqnit qasırğası gözlənilir.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin Günəş-Yer Fizikası İnstitutu məlumatına yayıb.

 

Mütəxəssislər hadisənin baş vermə ehtimalını 61% olaraq qiymətləndirirlər.

 

Alimlər noyabr ayı üçün maqnit qasırğalarının proqnozunu dərc ediblər: G1 səviyyəli geomaqnit qasırğaları cəmi üç dəfə: 7, 25 və 26 noyabrda gözlənilir. Ayın qalan günlərində Günəş aktivliyi aşağı olaraq qalacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər