Nyu-York meri seçkilərini Zohra Mamdani qazanıb
ABŞ-nin ən böyük şəhəri olan Nyu-Yorkda milyonlarla insanın səs verdiyi bələdiyyə başçısı seçkilərində qeyri-rəsmi nəticələrə görə Demokratlar Partiyasının namizədi Zohra Mamdani qalib gəlib. 34 yaşlı, Uqanda doğumlu Mamdani müstəqil namizəd kimi seçkilərə qatılan Nyu-Yorkun sabiq qubernatoru Endryu Kuomonu məğlub edərək son yüz ildə şəhərə rəhbərlik edən ən gənc şəxs olub. Associated Press-in məlumatına görə, səslərin 90 faizindən çoxu sayıldıqdan sonra Mamdani 50,4 faiz səslə qalib gəlib. Rəqibi Endryu Kuomo isə 41,6 faiz səs toplayıb. Digər namizəd Körtis Sliwa isə 7,1 faiz səs əldə edib.
Nyu-York Seçki Komissiyasının məlumatına əsasən, bu seçkilərdə 2 milyondan çox seçici iştirak edib. Bu isə son 50 ildə keçirilən meri seçkiləri arasında ən yüksək iştirak səviyyəsi hesab olunur. Mamdaninin qələbəsi həm də tarixi bir əhəmiyyət daşıyır. Hindistan mənşəli ailədən olan bu gənc siyasətçi şəhərin ilk Cənubi Asiya əsilli və müsəlman meri seçilib.
BBC NEWS
Səmayə Səftərova