00:00:00
Yazar
Aysel Mirzəyeva
18.03.2026 20:43 26 2 dəq oxuma
Sosial

Ödənilmiş sığorta haqqını geri almaq mümkündür?

Ödənilmiş sığorta haqqını geri almaq mümkündür?

Son dövrlərdə vətəndaşlar arasında sığorta ödənişləri ilə bağlı suallar artmaqdadır. Xüsusilə ipoteka və digər kreditlər zamanı ödənilən sığorta haqlarının bir hissəsinin geri qaytarılıb-qaytarılmaması maraq doğurur. Mütəxəssislər bildirirlər ki, müəyyən hallarda və müqavilə şərtlərindən asılı olaraq ödənilmiş məbləğin bir hissəsini geri almaq mümkündür. Lakin bunun üçün prosedurlar və hüquqi detallar diqqətlə nəzərdən keçirilməlidir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, sığorta müqaviləsi vaxtından əvvəl ləğv edilərsə, istifadə olunmayan müddətin pulu müəyyən tutulmalarla geri qaytarılır:

 

“İlk növbədə qeyd edək ki, müəyyən hallarda ödənilmiş sığorta haqqının bir hissəsini geri qaytarmaq mümkündür. Əgər fiziki şəxs öz adına sığorta müqaviləsi bağlayıbsa və burada kredit və ya girov faktoru yoxdursa, sığortalı istənilən vaxt ərizə ilə müraciət edərək müqaviləni vaxtından əvvəl xitam verə bilər. Bu zaman sığorta şirkətlərinin daxili prosedurlarına uyğun olaraq adətən 20–25% xidmət haqqı tutulur, istifadə olunmuş günlərin dəyəri çıxılır və qalan məbləğ sığortalıya geri qaytarılır. Vəsaitin geri alınması üçün şəxsiyyət vəsiqəsi, bank rekvizitləri və məhsuldan asılı olaraq digər sənədlər təqdim edilməlidir. Nağd ödəniş qadağan olduğundan məbləğ yalnız bank hesabına köçürülür. İpoteka hallarında isə proses bir qədər fərqlidir. Əgər ipoteka krediti vaxtından əvvəl bağlanıbsa və həyat sığortasının müddəti hələ bitməyibsə, şəxs müqaviləni xitam etdirərək qalan məbləği geri ala bilər. Bunun üçün ərizə ilə müraciət olunmalı, həmçinin bankdan və lazım gələrsə, müvafiq qurumlardan kredit öhdəliyinin bitdiyini təsdiqləyən sənəd təqdim edilməlidir”.


Arzu Poladova

#gündəm #sığorta
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər