Onlayn sifariş zamanı məhsul gəlməzsə, satıcıdan pul tələb etmək olarmı?-HÜQUQŞÜNASDAN AÇIQLAMA
Onlayn alış-veriş zamanı sifariş edilən məhsulun çatdırılmaması halları bəzən mübahisələrə səbəb olur. Belə vəziyyətlərdə əsas sual ödənilən məbləğin geri tələb olunub-olunmaması ilə bağlıdır. Bu məsələ hüquqi baxımdan konkret sübutlar və şərait əsasında qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, istənilən halda məhsulun ödənişini təsdiq edən qəbz, o cümlədən həmin məhsulun saytda yerləşdirilməsinə dair link varsa, daxili işlər orqanına müraciət etmək lazımdır:
“Eyni zamanda məhsulu gəlməyən və pulunu itirən müştəri mülki iddiaçı olaraq, şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməklə ondan əldə olunan məbləği geri tələb edə biləcəkdir”.
Nurgün Qənizadə