00:00:00
Yazar
Zəhra Həsənova
01.07.2026 13:05 16 2 dəq oxuma
Siyasət

Paşinyan: İsrail "erməni soyqırımı"nı siyasi alətə çevirir, Ermənistan buna cavab verməyəcək

Paşinyan: İsrail "erməni soyqırımı"nı siyasi alətə çevirir, Ermənistan buna cavab verməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq qərarına münasibət bildirib. O qeyd edib ki, Ermənistan bu məsələyə cavab verməyi planlaşdırmır, çünki bunun ölkəsinin maraqlarına uyğun olmadığını düşünür.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Paşinyan Netanyahunun qondarma erməni genosidini tanımasına gözlənilən reaksiyanı verib:

 

"Bu reaksiya Paşinyanın indiyə qədərki yanaşmasına tamamilə uyğundur. Paşinyan başa düşür ki, Netanyahu qondarma erməni genosidini öz mənafeləri və ambisiyaları naminə siyasi alətə çevirmək istəyir. Çünki Netanyahunun əgər erməni genosidi deyilən uydurma hadisəyə münasibəti səmimi olsaydı, o indiyə qədər ona münasibət bildirər və ya tanıyardı. Deməli, Netanyahu Ermənistanın tarixində qondarma hesab olunan bu hadisəni, əslində, öz mənafeləri naminə siyasi alətə çevirir. Paşinyanın bu münasibəti, eyni zamanda, Netanyahunun Türkiyə-Ermənistan sülh prosesini pozmaq cəhdinin də qarşısını almaq məqsədi güddüyü ortadadır. Paşinyan bu cür reaksiya ilə mesaj verir ki, İsrail qondarma erməni genosidini tanımaqla həm də Türkiyə-Ermənistan sülh prosesini pozmağa cəhd göstərir. Beləliklə, Netanyahunun Türkiyəyə qarşı yönələn bu qisasçılıq addımı Ermənistanın da hazırkı sülh siyasətinə və sülh platformasına tamamilə ziddir. Paşinyanın bu reaksiyası təbii ki, bölgədə dövlətlərin arasında sağlam münasibətin formalaşmasına kömək edən bir reaksiyadır. Aydın məsələdir ki, Türkiyə -Ermənistan münasibətlərinə İsrailin vurmaq istədiyi ziyanın qarşısını alan bir addımdır və sülh prosesi içində olan Ermənistanın və Türkiyənin münasibətlərinə müəyyən qədər yaxşı təsir göstərir. Biz bilirik ki, Paşinyan erməni genosidi deyilən məsələyə Ermənistandakı başqa siyasi qüvvələrdən fərqli münasibət göstərir. Paşinyan dəfələrlə açıq şəkildə deyib ki, qondarma erməni genosidi İkinci Dünya Müharibəsindən sonra Sovet rəhbəri Stalinin daha da şişirtdiyi və gündəmin mövzusuna çevirmək istədiyi bir məsələdir. Bu da SSRİ-nin soyuq müharibə dövründə NATO üzvü olaraq Türkiyə ilə qarşı durmasından əmələ gələn bir mövqe idi. Stalin Türkiyədən qisas almaq, Türkiyəyə qarşı mübarizə aparmaq məqsədilə qondarma erməni genosidi deyilən hadisəni daim gündəmə gətirib onu şişirtməyə çalışırdı. Paşinyan da, qondarma erməni genosidinin dünya erməniləri üçün süni şəkildə yaradılmış bir gündəm olduğuna eyham vurub. Buna görə də, bu gün Netanyahunun o tanımasına qarşı Paşinyanın mövqeyi həm Paşinyanın genosidlə bağlı özünün siyasətinə uyğundur, həm Netanyahunun Türkiyə-Ermənistan sülh prosesinə zərbə vurmaq cəhdinin qarşısını almaq siyasətidir, həm də İsrailin açıq-aşkar Yaxın Şərqdə apardığı təcavüzkar siyasətə qarşı Ermənistanın əks mövqe tutmasının göstəricisidir".

 

Aişə Mustafayeva

#paşinyan: #verməyəcək #çevirir # #alətə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər