00:00:00
Yazar
Banuçiçək Məmmədova
10.04.2026 20:27 26 2 dəq oxuma
Sosial

Plastikdən istifadəyə yox deyək: görünməyən təhlükə

Plastikdən istifadəyə yox deyək: görünməyən təhlükə

Plastik gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, onun həm insan sağlamlığına, həm də təbiətə vurduğu ziyan getdikcə daha ciddi problemə çevrilir. Xüsusilə tək istifadəlik plastiklər torpaqda və suda uzun illər parçalanmadan qalır, heyvanlar tərəfindən qida kimi qəbul edilərək onların ölümünə səbəb olur. Daha təhlükəlisi isə plastiklərin zamanla mikrohissəciklərə çevrilərək qida zəncirinə daxil olması və nəticədə insan orqanizminə keçməsidir. Bu problem artıq təkcə ekoloji deyil, həm də sağlamlıq böhranı kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, plastik tullantılar əsrin bəlasıdır:

 

“Bizim kimi ölkələrdə bu problem daha qabarıq hiss olunur. Bununla bağlı çoxsaylı videolar var - dənizlərə və okeanlara atılan saysız-hesabsız plastiklər, torlar mövcuddur. Bunların hamısı su hövzələrində yaşayan canlıların məhvinə səbəb olur. Eyni zamanda bu problem yalnız su ilə məhdudlaşmır, quru ərazilərdə də ciddi fəsadlar yaradır. Plastik torbalar, qablar və digər tullantılar uzun müddət təmizlənmədikdə, günəş şüalarının təsiri ilə parçalanaraq daha zəhərli maddələrə çevrilir. Bu proses nəticəsində yaranan xlorlu üzvi birləşmələr olduqca təhlükəli və zəhərlidir, hətta uzunmüddətli təsirdə xərçəng riskini artırır.
Bu bütün dünyanın problemidir. Lakin inkişaf etmiş Avropa ölkələri bu sahədə müəyyən həll yolları tapa biliblər. Düzdür, bizdə də müəyyən addımlar atılıb, amma hələ onların səviyyəsinə çatmamışıq. Orada şəhərdə, kənddə, küçədə demək olar ki, plastik tullantıya rast gəlmək mümkün deyil. Bu, təkcə ekoloji şüurun yüksək olması ilə deyil, həm də tətbiq olunan sistemlərlə bağlıdır. Məsələn, plastik qabların, butulkaların və torbaların geri qəbulu sistemi mövcuddur. İnsanlar mağazaya gedərkən ya öz torbalarını gətirməli, ya da təbii materialdan hazırlanmış torba almalıdırlar. Bu yanaşma ətraf mühitin çirklənməsinin qarşısını əhəmiyyətli dərəcədə alır. Hətta çay kənarlarında, dəniz sahillərində gəzərkən plastik tullantıya rast gəlmək demək olar ki, mümkün deyil. Təəssüf ki, bizdə vəziyyət fərqlidir - dəniz kənarları və şəhər mühiti bu baxımdan qənaətbəxş deyil. Məncə, çıxış yolu kimi ilk növbədə plastik tullantıların qəbulu məntəqələrinin sayını artırmaq lazımdır. Bu məntəqələr elə təşkil olunmalıdır ki, insanlar istifadə etdikləri plastikləri rahatlıqla geri qaytara bilsinlər. Eyni zamanda, qəbul qiymətləri də stimullaşdırıcı olmalıdır ki, bu prosesə maraq artsın”.

 

Banuçiçək Məmmədova

#yox #görünməyən #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər