Prezident müavini Yılmaz COP30 Zirvəsinə gedəcək
Prezident müavini Cevdet Yılmaz, BMT-nin İqlim Dəyişikliyi Çərçivəsi üzrə 30-cu tərəfdaşlar konfransı (COP30) çərçivəsində Braziliyanın Belem şəhərinə səfər edəcək. O, Türkiyəni zirvədə təmsil edəcək.
Zirvə zamanı Yılmaz liderlər sessiyasında çıxış edəcək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsinin vacibliyini vurğulayacaq. Həmçinin “Enerji Dönüşümü” mövzusunda da danışacaq.
COP30 çərçivəsində “İqlim və Təbiət: Meşələr və Okeanlar” və “Paris Anlaşmasının 10-cu İli: Milli Töhfələr və Maliyyələşmə” mövzularında tematik sessiyalar keçiriləcək. Zirvədə müxtəlif ölkələrdən nümayəndələr və QHT-lər iştirak edəcək. Bu il COP30, Paris Anlaşmasının 10-cu ildönümü ilə əlaqədar, iqlim öhdəliklərinin həyata keçirilməsinə, meşələrin və ekosistemlərin qorunmasına diqqət yönəldir. Zirvə həmçinin iqlim maliyyələşməsi və texnologiya paylaşımını da hədəfləyir.
TRT Haber
Aysun Vəliyeva