00:00:00
Yazar
Admin User
04.11.2025 19:37 108 1 dəq oxuma
Dünya

Prezident Rəcəb Tayyib Ərdoğan beş ölkənin səfirini qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan beş ölkənin səfirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan, Qana, Fələstin, Qvineya və Yaponiya səfirlərini qəbul edib. Daha sonra Prezident Ərdoğan səfirlərlə ayrıca görüşlər keçirib.

 

Prezident Sarayında (Cumhurbaşkanlığı Külliyesi) baş tutan qəbul zamanı Livan səfiri Munir Anuti, Qana səfiri Abdul Nasiruddin, Fələstin səfiri Nasri Xəlil Salim Əbu Ceyş, Qvineya səfiri Abdulaye Fofana və Yaponiya səfiri Masami Tamura Prezident Ərdoğana etimadnamələrini təqdim ediblər.

 

Səfirlər səfirlik əməkdaşlarını və ailə üzvlərini təqdim etdikdən sonra Prezident Ərdoğanla xatirə fotosu çəkdiriblər.

 

TRT Haber

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər