Prezident Ərdoğan: Suriyaya xüsusi dəstək proqramına başlayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Qonşumuz Suriyanın yenidən ayağa qalxması, bir an əvvəl əvvəlki günlərinə qovuşması bizim əsas prioritetimizdir. Bu istiqamətdə bu gün İSEDAK çərçivəsində Suriyaya xüsusi bir dəstək proqramına da başlayırıq”.
Prezident Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən 41-ci İSEDAK Toplantısının açılış mərasimində iştirak edib.
Çıxışının əvvəlində İstanbulun üç qitənin qəlbi olduğunu vurğulayan Ərdoğan, qonaqları qəbul etməkdən məmnunluq duyduğunu bildirib:
“İSEDAK Nazirlər Toplantısının 41-cisi münasibətilə üç qitənin qəlbi olan gözəl İstanbulumuzda sizləri qonaq etməkdən böyük xoşbəxtlik duyuram. Proqramımıza təşrif buyuran hər bir qonağıma səmimi təşəkkürümü bildirirəm. Türkiyəyə və İstanbula xoş gəlmisiniz, səfa gətirmisiniz”.
TRT Haber
Səadət Əlizadə