Putin: Moskva və Minsk xarici təhdidlərə qarşı səylərini əlaqələndirir
Rusiya Prezidenti Vladimir Putin Belarusun Müstəqillik Günü münasibətilə Prezident Aleksandr Lukaşenkoya ünvanladığı təbrikdə Moskva və Minsk arasında əməkdaşlığın bütün sahələr üzrə səmərəli şəkildə davam etdiyini bildirib.
Onun sözlərinə görə, tərəflər xarici təhdid və çağırışlara qarşı mübarizədə səylərini əlaqələndirir.
Putin vurğulayıb ki, Belarusun Müstəqillik Günü ruslar üçün də əhəmiyyətlidir, çünki bu tarix iki xalqın ortaq tarixində mühüm hadisə-Minsk şəhərinin nasist işğalçılarından azad olunması ilə bağlıdır. O əlavə edib ki, müharibə illərində möhkəmlənən qardaşlıq və qarşılıqlı dəstək münasibətləri bu gün də Rusiya-Belarus müttəfiqliyinin əsasını təşkil edir.
TASS
Mələk Hüseynova