00:00:00
Yazar
Admin User
05.11.2025 18:27 77 2 dəq oxuma
Dünya

Putin nüvə sınaqlarına hazırlıq işləri aparmaq barədə göstəriş verib

Putin nüvə sınaqlarına hazırlıq işləri aparmaq barədə göstəriş verib

 

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə nüvə sınaqlarına lazımi hazırlıq işləri görmək barədə göstəriş verib. Kreml vasitəsilə yayımlanan açıqlamaya görə, Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

 

Görüşdə Rusiya müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov iştirak ediblər.
Görüşün əvvəlində ABŞ-nin nüvə sınaqlarına başlamaq planları müzakirə edilib. Putin çıxışında Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə sadiq qaldığını və ondan çıxmaq planının olmadığını bildirib. O deyib:

“2023-cü ildə Federal Məclisə etdiyim müraciətdə bildirmişdim ki, əgər ABŞ və ya digər müqavilə tərəfləri nüvə sınaqları keçirərsə, Rusiya cavab verməyə məcbur olacaq. Bu baxımdan, Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və müvafiq mülki qurumlara bu məsələ ilə bağlı əlavə məlumat toplamağı, Təhlükəsizlik Şurası səviyyəsində təhlillər aparmağı və nüvə silahı sınaqlarına hazırlıq işlərinə başlamaq üçün təkliflər təqdim etməyi tapşırıram".


Belousov həmçinin bildirib ki, Vaşinqton "Qızıl günbəz" strateji raketdən müdafiə sisteminin yaradılması planını həyata keçirməyə başlayıb. O, ABŞ-nin əvvəllər Ballistik Raket Əleyhinə Müqavilədən, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən (INF) və Açıq Səma Müqaviləsindən çıxdığını xatırladaraq əlavə edib:

 

"Buna görə də ABŞ qlobal strateji sabitlik sistemini sarsıtmaq üçün nüvə sınaqlarına qoyulan qadağadan imtina edə bilər. ABŞ-nin nüvə sınaqları keçirmək planları Rusiya üçün hərbi təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hər vəziyyətdə düşmənə zərər verə biləcək nüvə potensialımızı gücləndirməliyik. Buna görə də, tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlıqlara başlamağın məqsədəuyğun olduğunu düşünürəm".


TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər