00:00:00
Yazar
Elmira Ağayeva
29.06.2026 14:39 17 2 dəq oxuma
Siyasət

Putin: "Təhlükəsizlik və Yanacaq Təchizatı Prioritet Olmalıdır"

Putin: "Təhlükəsizlik və Yanacaq Təchizatı Prioritet Olmalıdır"

 

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin mülki obyektlərə yönəlik hücumlarının nəticələrinin minimuma endirilməsinin vacibliyini vurğulayıb. O, daxili bazarda yanacaq təminatının sabit saxlanılması üçün əlavə tədbirlərin nəzərdən keçirildiyini bildirib. Prezident qeyd edib ki, ölkə yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb, lakin benzin ehtiyatları ötən illə müqayisədə dəyişməyib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna müharibəsindən sonra, Rusiyada demək olar ki, yanacaqla bağlı çox ciddi şəkildə problemlər var:

 

“Nəzərə alaq ki, Ukrayna da Rusiyanın zəif tərəflərini bilir və son dövrlərdə əsasən enerji infrastrukturuna ciddi şəkildə zərbələr endirir. Və hazırda Rusiyada benzin qıtlığı və digər problemlər yaşanır. Buna görə də Rusiya prezidenti Vladimir Putin enerji məsələsini ön plana çıxarıb. Rusiya şəhərlərində benzinlə bağlı növbələr var və benzinin verilməsində ciddi şəkildə problemlər mövcuddur. İkinci bir məsələ isə, bu müharibənin taleyinə təsir göstərə bilər. Yəni əgər enerji məsələsində, problemlər olarsa, biz müharibədə də müəyyən dərəcədə Rusiyanın axsamaların şahidi ola bilərik. Ukrayna son dövrlər güclü hücum əməliyyatlarına start verib. Xüsusilə də Rusiyanın gözləmədiyi bir mövqedə, Krım ətrafında əməliyyatlar keçirir və Rusiya ordusunun hərəkət istiqamətlərini olduqca çərçivələyib.Belə xüsusda, əlbəttə ki, Ukrayna tərəfinin aktiv şəkildə hücumları Rusiyanı ciddi şəkildə problemə salacaq. Bu, regional siyasətə olduqca ciddi təsir göstərə bilər. Xüsusilə də enerji siyasəti ilə bağlı. Nəzərə alaq ki, Rusiyanın neft verdiyi ölkələr var və bu ölkələrə satışını dayandıra bilər.

 

Nəzərə alaq ki, Priqojin üsyanı baş versə də müharibə dövründə, bundan sonra da Rusiyada Putin hökumətinin müharibə siyasətinə qarşı ciddi şəkildə narazılıq var.Onu da diqqətə yetirməliyik ki, artıq Rusiyada qısa müddətdən sonra Dövlət Dumasına seçkilər, yəni parlament seçkiləri keçiriləcək. Və bu xüsusda da müxalifətin şansını yüksəldə bilər”.


Mələk Hüseynova

#Rusiya #Ukrayna #yanacaq #benzin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər