00:00:00
Yazar
Elmira Ağayeva
29.06.2026 14:33 16 1 dəq oxuma
Siyasət

Putin yanacaq vəziyyəti ilə bağlı iclas keçirib

Putin yanacaq vəziyyəti ilə bağlı iclas keçirib

 

Rusiya Prezidenti Vladimir Putin yanacaq vəziyyəti ilə bağlı keçirilən iclasda ölkədə benzin ehtiyatlarının 1,7 milyon ton təşkil etdiyini və bu göstəricinin ötən ilin səviyyəsinə yaxın olduğunu bildirib.
 

Onun sözlərinə görə, iri neft emalı zavodları maksimum güclə işləyir, kiçik zavodlar da istehsala cəlb olunub və artıq iyul ayında yanacaq istehsalının artacağı gözlənilir.

 

Putin həmçinin Ukraynanın Rusiya mülki obyektlərinə qarşı hücumlarının təsirinin minimuma endirilməsinin vacibliyini vurğulayıb. Prezident daxili bazarın sabitləşdirilməsi üçün sistemli tədbirlərin görülməsinə çağırıb və dizel yanacağının ixracına tam qadağa qoyulması məsələsinin nəzərdən keçirildiyini açıqlayıb.

 

Tass
Mələk Hüseynova

#Rusiya #Ukrayna #yanacaq #neft
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər