00:00:00
Yazar
Bəsti Nəsibova
27.11.2026 18:54 192 1 dəq oxuma
Sosial

Qəbələ və Zaqatalada uşaq və ailələrə göstərilən sosial dəstəklə tanış olduq

Qəbələ və Zaqatalada uşaq və ailələrə göstərilən sosial dəstəklə tanış olduq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24–25 noyabr 2026-cı il tarixlərində Qəbələ və Zaqatala rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə təşkil olunan mediaturda “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi olaraq iştirak etdik.

Mediatur çərçivəsində Mərkəzlərin fəaliyyəti, həyata keçirilən sosial dəstək və maarifləndirmə tədbirləri ilə yaxından tanış olduq, mütəxəssislərin geniş təqdimatlarını dinlədik.

Mərkəzlərdə işin yüksək səviyyədə təşkil olunduğunu, uşaqlarla yanaşı, onların valideynləri ilə də mütəmadi söhbətlərin aparıldığını, müxtəlif interaktiv məşğələlərin keçirildiyini müşahidə etdik. Uşaqların müəllimlərinə münasibəti, davranışları və onlara göstərdikləri sevgi bu mərkəzlərdə yaradılan etimad və səmimi mühitin bariz nümunəsi idi.

Mərkəzlərdə yaradılmış şərait, məşğələ otaqları, psixoloq kabinetləri və fəaliyyət zalları uşaqların inkişafı, sosiallaşması və psixoloji dəstəyi üçün olduqca əlverişlidir.

Bu faydalı mediaturun təşkilinə və vətəndaş cəmiyyəti nümayəndələrinin Mərkəzlərin fəaliyyəti ilə yaxından tanış olmasına şərait yaratdığı üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk.

#MehribanAbdullayeva
#DemokratikCəmiyyətvəQadınHüquqlarınınMüdafiəsi

#gündəm #qəbələ #xəbər #uşaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər