00:00:00
Yazar
Vüqar Alışov
13.04.2026 11:57 24 2 dəq oxuma
Sosial

Qadın hərbi qulluqçular üçün yeni qayda - İLKİN MÜQAVİLƏ MÜDDƏTİ 3 İLDƏN 6 AYA ENDİRİLDİ 

Qadın hərbi qulluqçular üçün yeni qayda - İLKİN MÜQAVİLƏ MÜDDƏTİ 3 İLDƏN 6 AYA ENDİRİLDİ

Prezident İlham Əliyevin təsdiqlədiyi dəyişikliklərə əsasən, qadın hərbi qulluqçularla bağlanan ilkin xidmət müqaviləsinin müddəti 3 ildən 6 aya endirilib. Azərbaycanda hərbi qanunvericilik sahəsində aparılan son islahatlar orduya qəbul və xidmət müddətlərinin daha çevik və müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyir.  Dəyişikliklər həm hərbi xidmətin təşkili, həm də şəxsi heyətin sosial hüquqlarının tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əvvəlki sistemdə bəzi problemlər mövcud idi və bu, xidmətin keyfiyyətinə təsir göstərirdi: 

 

“Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən xanımlarda bəzən uyğunlaşma çətinliyi olurdu. Onların bir qismi seçdikləri peşəyə tam adaptasiya ola bilmir, bu isə həm kadr axınına, həm də ümumi səmərəliliyə mənfi təsir edirdi”.

 

Ekspertin sözlərinə görə, yeni 6 aylıq model daha çevik seçim imkanı yaradır: 

 

“İnsan bu müddətdə özünü doğruldursa, xidmətini davam etdirə bilir, bir-iki  il və daha uzun müddət sistemdə qala bilər. Bu yanaşma həm fərdi uyğunlaşmanı, həm də ümumi xidmət keyfiyyətini artırır. Qısa müddətli müqavilə heç kimi narahat etməməlidir. Əksinə, bu model daha effektiv seçim imkanı yaradır. Əgər şəxs tapşırılan vəzifəni istər tibb, kargüzarlıq, istərsə də digər sahələrdə düzgün yerinə yetirirsə, onun xidmət müddətinin uzadılması mümkündür. Əvvəlki 3 illik modeldə isə uyğunlaşmayan şəxslər uzun müddət sistemdə qalır və bu da çətinlik yaradırdı”.

 

Mehriban Yariyeva

#Prezident #Yenilik #Hərbi #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər