00:00:00
Yazar
Admin User
31.08.2025 18:40 145 1 dəq oxuma
Dünya

“Qarabağ”dan qələbə, “Sabah” məğlub olub

“Qarabağ”dan qələbə, “Sabah” məğlub olub

 

Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulub.

 

"İnformator.az" xəbər verir ki, son oyun günündə daha 2 matç keçirilib.

 

Əvvəlcə “Qarabağ” səfərdə “Karvan”ın qonağı olub. “Şamaxı” şəhər stadionunda keçirilən oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Günün digər matçında isə “Sabah” “İmişli”ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

31 avqust (bazar)

 

19:30. “Sabah” – “İmişli” – 0:1

Qol: Abbas Ağazadə, 67
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”


17:00. “Karvan” – “Qarabağ” – 0:2 

Qollar: Elvin Yunuszadə, 11 – avtoqol, Emmanuel Addai, 72
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Şamaxı şəhər stadionu



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər