00:00:00
Yazar
Admin User
12.06.2025 14:14 142 1 dəq oxuma
Dünya

Qəzza Səhiyyə Nazirliyi qan çatışmazlığının kritik həddə çatdığını bildirib

Qəzza Səhiyyə Nazirliyi qan çatışmazlığının kritik həddə çatdığını bildirib

Qəzza sektorundakı xəstəxanalarda qurbanların sayının artması və əhalinin qan vermək imkanlarının məhdudlaşması səbəbindən donor qanının “kəskin və təhlükəli” çatışmazlığı müşahidə olunur. Bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirlik BMT-yə və beynəlxalq humanitar təşkilatlara müraciət edərək, təcili şəkildə kifayət qədər qan və tibbi ləvazimat göndərilməsini istəyib.

 

Açıqlamada deyilir: “Ağır humanitar vəziyyət və İsrailin davam edən hücumları səbəbindən xəstəxanalar ciddi və təhlükəli qan çatışmazlığı ilə üz-üzədir”.

 

Qan çatışmazlığının səbəbi kimi aşağıdakılar göstərilir: Yaralıların sayının durmadan artması, tibbi məhsulların gətirilməsinə mane olan blokadanın sərtləşdirilməsi, əhalinin aclıq və ehtiyac içində olması səbəbilə donor sayının azalması.

 

Nazirlik Ümumdünya Səhiyyə Təşkilatını, Beynəlxalq Qırmızı Xaç Komitəsini və digər BMT qurumlarını vəziyyətə müdaxilə etməyə və İsrailə təzyiq göstərərək qan və dərman vasitələrinin gətirilməsini təmin etməyə çağırıb.

 

Eyni zamanda, beynəlxalq ictimaiyyətə və insan hüquqları təşkilatlarına da müraciət olunub ki, onlar mənəvi və humanitar məsuliyyət daşıyaraq yüzlərlə yaralı və xəstənin həyatını xilas etmək üçün təcili tədbirlər görsünlər.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər