Qəzzadakı aclıq İsrailin məqsədli siyasətidir
Beynəlxalq Böhran Qrupunun eksperti Kris Nyuton “Əl-Cəzirə”yə açıqlamasında bildirib ki, Qəzzaya kifayət qədər humanitar yardımın çatdırılmaması İsrailin daha geniş miqyaslı “ac qalmağa məhkumetmə siyasətinin” göstəricisidir.
Onun sözlərinə görə, İsrail HƏMAS-ı hərbi yolla məğlub edə bilmədiyi üçün Qəzzada resursların qarşısını alaraq bütün əhalini ac qalmağa məhkum edir. Yardımın yalnız beynəlxalq qurumlar aclıq təhlükəsinə diqqət çəkəndən sonra və çox məhdud şəkildə buraxıldığını deyən Nyuton, bu vəziyyətin struktur səbəblərinin nəzərə alınmadığını vurğulayıb.
O qeyd edib ki, yardımların sayı ilə bağlı aparılan müzakirələr əsl problemi – İsrailin müharibənin əsas elementi kimi qəbul etdiyi bu siyasəti – kölgədə qoyur.
Al Jazeera
Selcan Əhmədli