“Qəzzaya hərbi qüvvə göndərilməsi qərarı missiya vasitəsilə asılı olaraq dəqiqləşəcək”
Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri 3 noyabr tarixində İstanbulda Qəzzədəki son hadisələri müzakirə etmək üçün bir araya gəliblər.
Görüşdən sonra mətbuata açıqlama verən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qəzzaya Birləşmiş Millətlər Beynəlxalq Sabitlik Qüvvəsi çərçivəsində hərbi qüvvə göndərilib-göndərilməyəcəyi qərarının həmin qüvvə vasitəsilə asılı olaraq dəqiqləşəcəyini bildirib. "Türkiyə sülh üçün məsuliyyət götürməyə hazırdır, amma ortaya çıxacaq çərçivənin dəstəkləyə biləcəyimiz formada olması vacibdir. Diplomatik təmaslarımız davam edir", – deyə o bildirib. İsrail rəhbərliyi isə türk əsgərinin Qəzzədə fəaliyyət göstərməsinə qarşı olduğunu açıqlayıb.
BBC NEWS
Səmayə Səftərova