00:00:00
Yazar
Güllər Gülhüseynova
08.08.2026 17:16 29 1 dəq oxuma
Dünya

Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır

Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır.

 

"İnformator.az" İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbuat konfransında bildirib.

 

"Omanla Hörmüz boğazının idarə edilməsinin hüquqi mexanizmi və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir. Biz razılaşmaya çox yaxınıq, lakin boğazın açılması ABŞ-nin İslamabad memorandumu ilə bağlı yol verdiyi pozuntuların nəticələrinin aradan qaldırılması da daxil olmaqla digər şərtlərdən asılıdır", - o deyib.

#əraqçi: #yaxındır #üzrə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər