00:00:00
Yazar
Ayşən Səlimova
15.03.2026 12:24 14 1 dəq oxuma
Sosial

Regionlara qar və yağış yağır - FAKTİKİ HAVA

Regionlara qar və yağış yağır - FAKTİKİ HAVA

Martın 15-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərə qar yağır.

 

Milli Hidrometeorologiya Xidmətindən "İnformator.az" a verilən məlumata görə, qarın hündürlüyü Kəlbəcərdə 8, Laçın və Qubadlıda 6, Şahdağda 5, Şuşada 3, Şəkidə (Kişçay) 1 sm-dir.

 

Düşən yağıntının miqdarı Mingəçevir, Sədərək və Şərurda 2, Yevlax, Ağdam, Naftalan, Bərdə, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Balakən, Zaqatala, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.

 

Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Quba və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

 

 

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər