00:00:00
Yazar
Ayşən Səlimova
13.04.2026 21:24 19 1 dəq oxuma
Sosial

Riyaziyyatı bilmədən hüquqşünas olmaq mümkündür?

 

Riyaziyyatı bilmədən hüquqşünas olmaq mümkündür?

Son vaxtlar sosial mediada yayılan “riyaziyyatı bilməyən hüquqşünas olar?” sualı geniş müzakirələrə səbəb olub. İmtahanda bizdən tələb olunan bəzi fənnlərin imtahan xaric gələcək peşəkar fəaliyyətimizdə rolu varmı?

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, qəbul imtahanlarında ixtisasa uyğun fənlər üzrə biliklər əsas götürüləcək və riyaziyyat zəifliyi gələcək dəyişikliklərə təsir edə bilər:

 

“Elm və Təhsil Nazirliyinin yanaşmasına görə, burada əsas məsələ şagirdin və ya abituriyentin seçəcəyi ixtisas üzrə konkret bilik və bacarıqlarının ölçülməsidir. Yəni, əgər bir şəxs həkim olmaq istəyirsə, onun kimya və biologiya üzrə bilik və bacarıqları yoxlanılmalıdır. Eyni zamanda, tarixçi olmaq istəyən abituriyentin tarix və Azərbaycan dili üzrə hazırlıq səviyyəsi qiymətləndirilməlidir. Ümumilikdə isə məlumdur ki, ölkə üzrə riyaziyyat göstəriciləri o qədər də qənaətbəxş deyil. Bu səbəbdən, ehtimal etmək olar ki, qəbul imtahanlarının formatında dəyişiklik edilərsə, prioritet ixtisas istiqamətlərinə uyğun olaraq əsas fənlər üzrə bilik və bacarıqlar daha dəqiq yoxlanılacaq. Təbii ki, şagirdlərin riyaziyyat biliklərinin zəif olması da bu istiqamətdə qəbul ediləcək qərarlarda mühüm rol oynaya bilər”.

 

Arzu Poladova

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər