Rodion Miroşnik: "Ukrayna hücumları nəticəsində Rusiyada 200-dən çox uşaq zərər çəkib"
Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, apreldən iyuna qədər Ukrayna hərbçilərinin hücumları nəticəsində Rusiyada 204 uşaq zərər çəkib, onlardan 21-i həlak olub.
Onun sözlərinə görə, bu göstərici son iki ildə qeydə alınan ən yüksək rəqəmdir və vəziyyətin ciddiliyini göstərir.
Miroşnik əlavə edib ki, 2022-ci ilin fevralından bu yana azı 1 336 uşaq zərər görüb, onlardan 264-ü həyatını itirib. Diplomatın sözlərinə görə, 2014-cü ildən indiyədək zərərçəkən azyaşlıların sayı 2 218-ə çatıb: 1 845-i yaralanıb, 373-ü isə ölüb.
TASS
Mələk Hüseynova