00:00:00
Yazar
Admin User
14.06.2025 10:54 121 1 dəq oxuma
Dünya

Roma Papası İsrail və İranı sülhə çağırıb

Roma Papası İsrail və İranı sülhə çağırıb

Roma Papası XIV Leo İran və İsrail arasında yaranan gərginliklə bağlı narahatlığını ifadə edib və bütün tərəfləri məsuliyyətə və sağlam düşüncəyə çağırıb.

 

“İnformator.az” bu barədə TASS-a istinadla xəbər verir.

 

Pontifik vurğulayıb ki, hazırda siyasətçilərin qarşısında nüvə təhlükəsi olmayan dünyanı təmin etmək vəzifəsi durur. Onun sözlərinə görə, buna dünyada ədalət, qardaşlıq və rifahın birgə mövcud ola bilməsi üçün qarşılıqlı hörmətə əsaslanan ünsiyyət vasitəsilə nail olmaq lazımdır.

Roma taxtının başçısı əlavə edib ki, heç bir dövlət digərinin mövcudluğuna təhdid etməməlidir, hamı sülh quruculuğu, təhlükəsizlik və ləyaqət təminatları üzərində işləməlidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər