00:00:00
Yazar
Admin User
03.11.2025 17:40 92 1 dəq oxuma
Dünya

Rumıniya 18 ədəd "F-16"nı 1 avroya alıb

Rumıniya 18 ədəd "F-16"nı 1 avroya alıb

Rumıniya Müdafiə Nazirliyi Niderland hökuməti ilə 18 ədəd F-16 Fighting Falcon döyüş təyyarəsinin lazımi avadanlıqla birlikdə alınmasına dair müqavilə imzalayıb.


"İnformator.az”ın məlumatına görə, bu barədə Rumıniyanın müdafiə naziri İonuş Musteanu sosial şəbəkədəki səhifəsində məlumat verib.


O bildirib ki, bu təyyarələr yalnız Feteştidəki Avropa F-16 Təlim Mərkəzində istifadə olunacaq.


Onun sözlərinə görə, alış 1 avroluq simvolik qiymətə həyata keçirilib. Nazir həmçinin qeyd edib ki, F-16-ların alınması F-35 təyyarələrinin Rumıniya Hərbi Hava Qüvvələrinin donanmasına inteqrasiyasını sürətləndirir.


Mətbuat yazır ki, Rumıniya ukraynalı pilotların Qərb istehsalı olan F-16 təyyarələrində Feteşti aviabazasında təlim xərclərini dövlət büdcəsindən qarşılayacaq. Təlimin maliyyələşdirilməsi ölkənin Milli Müdafiə Nazirliyi vasitəsilə təmin ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər