Rumıniyada qatarla avtomobilin toqquşması nəticəsində dörd nəfər ölüb
Rumıniyada dəmir yolu keçidində sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər ölüb.
Bu barədə "İnformator.az" “News.ro”ya istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb.
Qəza baş verən ərazidə dəmir yolunun hərəkəti tamamilə məhdudlaşdırılıb, hadisə yerinə xilasedicilər cəlb olunub.