00:00:00
Yazar
Admin User
13.06.2025 16:39 118 1 dəq oxuma
Dünya

Rusiya İsrailin İrana hücumları ilə bağlı açıqlama verib

Rusiya İsrailin İrana hücumları ilə bağlı açıqlama verib

Rusiya Xarici İşlər Nazirliyi İsrailin beynəlxalq hüququ pozaraq İrana qarşı həyata keçirdiyi hərbi əməlini pislədiyini bildirib.

 

Nazirlik İsrailin İrana hücumuna dair yazılı açıqlama yayıb.

 

Açıqlamada hücumun Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin iclası ilə eyni vaxta təsadüf etdiyi və İran ilə ABŞ arasında yeni danışıqlar ərəfəsində həyata keçirildiyi vurğulanıb. Bu addımın İranın nüvə proqramı ilə bağlı yaranan problemə çözüm tapılmasına yönələn bütün təşəbbüsləri sarsıtdığı qeyd edilməyib.

 

İsrailin gərginliyi qəsdən artırmağı və riskləri çoxaltmağı seçdiyinin, bunun isə Yaxın Şərqdə sabitlik və təhlükəsizliyi təhdid etdiyinin vurğulandığı açıqlamada “İsrail rəhbərliyi bu təxribatın bütün nəticələrinin məsuliyyətini daşıyacaq”,- deyilib.

 

Haber Global

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər