Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib
İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koştaya məktub göndərərək İspaniyanın Seuta şəhərindəki miqrasiya böhranı ilə əlaqədar Aİ ölkələrinin daxili işlər nazirlərinin iştirakı ilə təcili videokonfransın çağırılmasını xahiş edib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məktubun mətninə istinadən məlumat yayıb.
"Bu görüş bizə belə vəziyyətlərə ümumi cavab hazırlamağa və xarici sərhədlərimizin təhlükəsizliyinin yalnız ittifaqın ön xəttində olanların deyil, bütün üzv dövlətlərin ümumi məsuliyyəti olduğunu yenidən təsdiqləməyə imkan verməlidir", - o qeyd edib.