SEPAH bu ölkəyə ballistik raketlə hücum edib
Ötən gecə SEPAH İraqın Ərbil şəhərinin şərqindəki Göy Sancaq bölgəsində İran hökumətinə müxalif silahlı kürd qruplaşmalarının düşərgəsinə zərbələr endirib.
"İnformator.az" xəbər verir ki, bu haqda İraq mediası məlumat yayıb.
PUA və raket zərbələri nəticəsində mümkün insan tələfatı və xəsarətlər barədə açıqlama verilməyib.
İranın “Fars” xəbər agentliyi də yerli mənbələrə istinadən Ərbil və Süleymaniyyədə bir neçə partlayışın baş verdiyini, o cümlədən Azadlıq Partiyasının qərargahının ballistik raketlə hədəfə alındığını bildirib.
Bu, son günlər Qərbi Azərbaycan və Kirmanşah əyalətlərində SEPAH qüvvələri ilə silahlı kürd qruplaşmaları arasında baş verən toqquşmalardan sonraya təsadüf edir. Toqquşmalar nəticəsində 4 kürd silahlısı və 2 SEPAH üzvü həlak olmuş, bir neçə nəfər yaralanmışdı.