00:00:00
Yazar
Mayıl Soltan
09.04.2026 20:30 35 2 dəq oxuma
Sosial

Skuter sürənlər hansı hallarda cərimələnə bilər?

Skuter sürənlər hansı hallarda cərimələnə bilər?

Son illərdə şəhər daxilində alternativ nəqliyyat vasitəsi kimi istifadə olunan skuterlərə maraq artıb. Xüsusilə, gənclər arasında geniş yayılan bu vasitələr həm rahatlığı, həm də sürəti ilə seçilir. Lakin skuterlərin idarə olunması zamanı yol hərəkəti qaydalarına əməl edilməməsi ciddi təhlükələr yaradır. Qanunvericiliyə əsasən, skuter sürən şəxslər də müəyyən qaydalara riayət etməlidir və bu qaydaların pozulması cərimə ilə nəticələnə bilər.

 

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı bildirib ki, kiçik elektrik nəqliyyat vasitəsi - gücü 1 kVt-dan çox olmayan mühərriki olan, bir nəfərlik fərdi mobil nəqliyyat vasitəsidir:

 

-təkər çarxına mexaniki bağlanan, hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

-oturacağı olduqda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

-oturacağı olmadıqda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

-sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;-

-xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sisteminə (batareyaya) malik olan nəqliyyat vasitəsi skuter hesab edilir.

 

Təhlükəsizlik qaydalarına riayət etməyən sürücülər barəsində cərimə ümumi qaydada tətbiq edilir.

 

Həmçinin DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli qeyd edib ki, skuterlər park və həyətlərdə, yaşayış zonalarında, velosiped və avtomobil yollarında qaydalara əməl etməklə yolun sağ kənarı ilə hərəkət edə bilər:

 

“Qaydalar pozulduqda və ya piyadalara maneə yaradıldıqda qanuni tədbirlər görülür. Vətəndaşlara tövsiyə olunur ki, skuterləri səkidə sürməsinlər və dəbilqə kimi qoruyucu vasitələrdən istifadə etsinlər”.

 

Cavahir Əsgərbəyli

#hansı #yeni #azərbaycan #baki #sürənlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər