00:00:00
Yazar
Admin User
04.11.2025 18:58 114 2 dəq oxuma
Dünya

Səmərqənddə “Dünya Türk Dili Ailəsi Günü” tədbiri keçirilib

Səmərqənddə “Dünya Türk Dili Ailəsi Günü” tədbiri keçirilib

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) tərəfindən 15 dekabrın “Dünya Türk Dili Ailəsi Günü” elan edilməsi ilə əlaqədar, təşkilatın 43-cü Baş Konfransının davam etdiyi Özbəkistanın tarixi Səmərqənd şəhərində tədbir keçirilib.

 

194 ölkədən 5 mindən çox iştirakçının qatıldığı YUNESKO-nun 43-cü Baş Konfransı ötən həftə Özbəkistanda başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 dekabrın “Dünya Türk Dili Ailəsi Günü” elan olunması təklifi ilə bağlı qərar layihəsinin müzakirə edilərək qəbul edilməsi münasibətilə Səmərqənddə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən tədbir təşkil edilib.

 

Tədbirdə türk dövlətlərinin, təklifi birgə təqdim edən ölkələrin nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə yanaşı, Türkiyəni təmsil edən AK Partiya sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri Kürşad Zorlu, Türkiyənin YUNESKO-dakı Daimi Nümayəndəsi səfir Gülnur Aybət və Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aqtotı Raymkulova da iştirak ediblər.

 

Açılışda çıxış edən Aybətdən sonra söz alan Zorlu bildirib ki, YUNESKO-nun himayəsi altında, Türk-İslam mədəniyyətinin bənzərsiz şəhəri Səmərqənddə Dünya Türk Dili Ailəsi Gününü birlikdə qeyd etməyin sevincini yaşayırlar:

 

“Əvvəlcə, bu xüsusi gün münasibətilə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın sizlərə və Türk dili ailəsinə salam və təbriklərini çatdırmaq istəyirəm”.

 

Zorlu çıxışında əlavə edib:

 

“Bu tarixi qərarla bir daha təsdiqlənib ki, Türk dili müxtəlif coğrafiyalarda bütün qolları ilə yaşayan bir dünya dilidir. Çünki Türk dili minilliklər boyu təkcə sözləri deyil, bir millətin yaddaşını, duyğusunu və düşüncəsini daşıyıb. Türk dili bizi biz edən, bir-birimizi tanımasaq da eyni hissdə birləşdirən ortaq bir ürək döyüntüsüdür. Bu böyük dil ailəsi bizi bir-birimizə bağlayan mədəni körpü, ortaq kimliyimizin səsidir”.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər