00:00:00
Yazar
Aysel Mirzəyeva
06.04.2026 20:30 18 2 dəq oxuma
Sosial

Stomatoloji xidmətlər icbari tibbi sığorta paketinə daxil edilə bilər?

Stomatoloji xidmətlər icbari tibbi sığorta paketinə daxil edilə bilər?

Azərbaycanda icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi müzakirə olunur. Xüsusilə stomatoloji xidmətlərin paketə daxil edilməsi həm vətəndaşlar, həm də mütəxəssislər arasında aktual mövzuya çevrilib. Bu dəyişiklik həm əlçatanlığı artıra, həm də maliyyə yükünü azalda bilər.

 

Mövzu ilə bağlı “Informatоr.az”a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, stomatoloji xidmətlər tibbi sığortaya daxil ediləcək, əsasən müayinə, müalicə və təcili yardım təmin olunacaq, estetik prosedurlar isə əhatə olunmayacaq:

 

“Stomatoloji xidmətlərin tibbi sığorta paketinə daxil edilməsi aktual və vacib məsələdir. Burada həssas yanaşma tələb olunur ki, həm vətəndaşların müraciətləri, həm də dövlətin icbari tibbi sığorta çərçivəsində göstərdiyi xidmətlər effektiv və qənaətbəxş olsun. Dövlət büdcəsinə təsir baxımından ilkin mərhələdə əlavə vəsait ayrılması ehtimalı yüksəkdir, çünki əhali stomatoloji problemlərlə daha tez-tez üzləşir və xidmətlərdən geniş istifadə edəcək. Tibbi sığorta çərçivəsində ilkin tibbi yardım və təcili müdaxilə tələb edən diş problemləri, müayinə, müalicə, protezlər, sadə dolğular, dişin çəkilməsi və dişin rentgen çəkilişi təmin olunacaq. Konkret estetik məqsədli prosedurlar isə 99% daxil edilməyəcək, çünki bütün dünyada estetik proseslər tibbi sığorta xərclərinə aid edilmir. Vətəndaşlara təsir baxımından, ilkin mərhələdə sui-istifadənin qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Xidmətlər paketlər üzrə təqdim ediləcək və təminata daxil olmayan hallarda vətəndaşlar əlavə olaraq könüllü sığorta paketləri seçə bilərlər. Bu, gələcəkdə sığorta haqqının artmasına səbəb ola bilər, lakin dəqiq ödənişlər sistem tam tətbiq olunduqdan sonra müəyyənləşəcək”.


Arzu Poladova

#edilə #baki #tibbi #xidmətlər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər