Suriya Prezidenti Şara Braziliyadakı COP30 Liderlər Zirvəsində iştirak edəcək
Suriya Prezidenti Əhməd Şara, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası çərçivəsində keçiriləcək 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində baş tutacaq COP30 Liderlər Zirvəsində iştirak etmək üçün sabah Braziliyaya yola düşəcək.
Suriya rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Prezident Əhməd Şara, dünyanın müxtəlif ölkələrindən onlarla lider və dövlət başçısının iştirak edəcəyi zirvə tədbirlərində iştirak etmək məqsədilə 6–7 noyabr tarixlərində Braziliyaya rəsmi səfər edəcək.
Bu, Suriyadan zirvəyə prezident səviyyəsində ilk qatılım olacaq.
Liderlər Zirvəsindən sonra, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransı (COP30) 10–21 noyabr tarixlərində keçiriləcək. COP30-da çoxsaylı ölkələrdən nümayəndələrlə yanaşı, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarından minlərlə şəxsin də iştirakı gözlənilir.
Bu il COP30, Paris Sazişinin 10 illiyi münasibətilə, iqlim öhdəliklərinin sahədə praktiki nəticələrə çevrilməsi, ədalətli və davamlı keçidin sürətləndirilməsi, xüsusilə də meşələrin, bioloji müxtəlifliyin və tropik ekosistemlərin qorunması mövzularına diqqət yetirəcək. Zirvənin məqsədi həmçinin iqlim maliyyələşdirilməsini, texnologiya mübadiləsini və inkişaf etməkdə olan ölkələrlə həmrəyliyin gücləndirilməsini təmin etməkdir.
TRT XƏBƏR
Lalə Qurbanlı